Qərbi Azərbaycan → Abuzər Qazıyev
Abuzər Yusif oğlu Qazıyev – tibb elmləri doktoru (2005), professor (2009). ATU I müalicə-profilaktika fakultəsinin dekanı, Baki Şəhər Baş onkoloqu
Həyatı[redaktə]
Abuzər Yusif oğlu Qazıyev 21 sentyabr 1967-ci ildə Qərbi Azərbaycanin Quqark (Böyük Qarakilsə) rayonunun Arçut kədində dünyaya gəlib.
1989-cu ildə N.Nərimanov adina Azərbaycan Dövlət Tibb İnstitutunu, 1990-cı ildə Bakı şəhəri Kliniki Təcili Tibbi yardım Xəstəxanasında internaturanı, 1995-ci ildə Azərbaycan Tibb Universitetinin onkologiya kafedrasında aspiranturanı bitirmişdir.
1990-92-ci illərdə Sumqayıt 1 saylı şəhər poliklinikasında həkim-cərrah işləmişdir.
1995-ci ildə “Sümüklərin xondro və osteogen sarkomalarında cinsi steroid hormonların reseptorları və onların klinik əhəmiyyəti” mövzusunda dissertasiya müdafiə edərək tibb elmləri namizədi, 2005-ci ildə isə “Azərbaycanda bədxassəli şişlərin epidemiologiyası, tibbi, demoqrafik Ardı »