Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qərbi AzərbaycanSəttar Səfərov

Səttar İsmayıl oğlu Səfərov (d. 18 iyul 1937 - ö. 21 may 2011) — görkəmli dövlət xadimi, iqtisad elmləri doktoru, professor; Azərbaycan Respublikası Milli Məclisinin I və II çağırış deputatı, Azərbaycanın müasir iqtisadi sisteminin nəzəri və praktiki əsasların yaradılmasında öz fəsilini yazan iqtisadçı-alim.

Həyatı[redaktə]
Səttar İsmayıl oğlu Səfərov 1937-ci il iyulun 18-də Qərbi Azərbaycanın Vedi rayonunun Şirazlı kəndində anadan olmuşdur.

1959-cu ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuş və 1964-cü ildə müvəffəqiyyətlə bitirmişdir. 1966-cı ildən Azərbaycan Neft və Kimya İnstitutunun siyasi iqtisad kafedrasında müəllim işləmişdir.

1967-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda aspirant olmuşdur. 1970-ci ildə aspiranturasını bitirmişdir. Elmi rəhbəri Azərbaycan EA müxbir üzvü, iqtisad Ardı »

Qərbi AzərbaycanBacoğlu

Bacoğlu — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd.

Tarixi[redaktə]
Rayon mərkəzindən 15 km şimal-şərqdə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tabeliyində olmuşdur.

Toponim nəsil adı əsasında formalaşmışdır. Patronomik toponimdir. Quruluşca sadə toponimdir.

Erm. SSR AS RH-nin 7.XII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilərək Haykavan qoyulmuşdur.

Əhalisi[redaktə]
Kənddə 1886-cı ildə 391, 1897-ci ildə 543 nəfər, 1904-cü ildə 600 nəfər, 1914-cü ildə 698 nəfər azərbaycanlı yaşamışdır. Z.Qorqodyanın əsərində azərbaycanlılar qarapapaq adı ilə verilir. 1918-ci ildə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunur. Türkiyədən ermənilər köçürülərək burada yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz evlərinə dönə bilmişdir. Burada ermənilərdən başqa, 1922-ci ildə 23 Ardı »

Qərbi AzərbaycanToxluca - İqlimi

Toxluca qəsəbəsi mülayim iqlim qurşağında yerləşir. Dağ-meşə və dəniz iqlimi mövcuddur. Ümumi günəş radiasiyası 135 kkal/kv. sm-ə çatır. Havanın orta temperaturu yanvarda düzənlikdən dağlara doğru 0-dan – 15 dərəcəyədək dəyişir. İyulda orta temperatur +15-dən +30 dərəcəyədək olur. Ən çox yağıntı may-iyun aylarında olur. Yağıntının orta illik miqdarı 350-400 mm-dir. Torpağın qumsal həm qumsal, həm dağətəyi olması ilə əlaqədar yağıntının çoxluğu Toxlucada çətinlik yaratmırdı, əksinə burada bol yağıntı ruzi-bərəkət hesab olunurdu. Qəsəbənin (yaşayış sahəsinin) bir hissəsi qumsal,bir hissəsi çökəklikdə,əksər hissəsidə dağətəyi yamaclarda yerləşdiyindən, güclü yağışdan sonra palçıq əmələ gəlmirdi.Qəsəbənin içərisindən keçən çay və onun qolu selə səbəb olurdu. Havası yayda sərin, qışda Ardı »

Qərbi AzərbaycanSalvartı dağı

Salvartı dağı - Zəngəzur silsiləsində dağ.

Salvartı dağı Zəngəzur mahalının Sisian bölgəsinin Ərəfsə kəndi ilə Naxçıvan MR Şahbuz rayonunun Gömür kəndinin torpaqları ilə həmsərhəddir. Salvartı dağının dəniz səviyyəsindən hündürlüyü 3161,8 metrdir. Ətəkləri çox geniş alp çəmənləridir. Yay aylarında təkcə Ərəfsənin deyil, Qarabağdan yaylağa gəlmiş bir çox rayonların qoyun sürülərinin yemlə təmin olunmasına kifayət edirdi.

Mənbəyini Salvartı dağının ətəklərindən götürən çay da onun adını daşıyır və aşağı axarında Bazarçayla birləşib, Araza qovuşan Bərgüşad çayına tökülür.

Salvartı dağının zirvəsində eyniadlı ziyarətgah - pir vardır. Ətraf kəndlərin müsəlman əhalisi Salvartı pirinə ziyarətə gələrdi. Son vaxtlar ermənilər ziyarətgahda dəmir xaç qoyub bura ziyarətə gəlməyə başlayıblar. Ardı »

Qərbi AzərbaycanToxluca - Mədəniyyəti

Kənddə böyük orta məktəb binası,uşaq baxçası, 24 çarpayılıq xəstəxana,4 mağaza, 3 yeməkxana, inzibati bina, məişət xidməti emalatxanası, aptek, rabitə şöbəsi, mədəniyyət evi, ATS, iri heyvandarlıq kompleksləri və digər obyektlər olub. Toxlucada uzun müddət Uvoylar tayfasından Hacı Hümbətin oğlu " qlava Bayram "ın, yəni Qara Bayramın (onun əmiləri Hacı Əhməd,Hacı Məhəmməd adlı-sanlı, imkanlı və nüfuzlu ağsaqqallar olmuşlar- H.B.) təsis etdiyi və bu məqsədlə Təbrizdən xüsusi olaraq dəvət etdiyi Axund tərəfindən, eləcə də sonralar Məşədi Mir İsmayıl Ağa və Molla Əhməd (akademik Hüseyn Əhmədovun babası),nəhayət, mollalar tayfasının tanınmış üləmaları-Molla Zülfüqar- Qara Molla, Molla Mustafa tərəfindən davam etdirilən dini məktəblər, 1929-cu ildən isə həm Ardı »

Qərbi AzərbaycanBudaq sultan

Həyatı[redaktə]
1805-ci il oktyabrın 20-də Şuragöl sultanlığı Rusiyanın tabеliyinə kеçir. Bu sultanlıq stratеji mövqеyinə görə rus komandanlığına çoх lazım idi. İran və Osmanlı Türkiyəsi ilə müharibə dövründə Şuragöl bufеr zona kimi əlvеrişli əhəmiyyətə malik idi. Digər tərəfdən, Şuragölün varlı kənd təsərrüfatı rus qoşunlarını ərzaqla təmin еdə bilərdi.

İrəvana hücum ərəfəsində P.D.Sisianov Şuragöl sultanlıqının hakimi Budaq sultana Rusiya dövlətinin himayəsi altına kеçməyə təklif еtmişdi. Lakin Budaq sultan onun bu təklifinə məhəl qoymayaraq İrəvan хanı ilə əlaqə saхlayırdı və onun göstərişinə əsasən tеz-tеz Kartli-Kaхеtiya ərazilərinə hücumlar təşkil еdirdi. Tеzliklə, Məhəmməd хanla onun arasında narazılıq yarandı. Müdaхilə nəticəsində dağıdılmış təsərrüfatı yеnidən bərpa еtmək üçün İrəvan хanı Ardı »

Qərbi AzərbaycanOxçuoğlu

Tarixi[redaktə]
Oxçuoğlu - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Rayon mərkəzindən 18 km cənubda, Qərbi Arpaçayın sağ sahilində, Gümrü şəhərindən 10 km şimal-qərbdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Erməni mənbələrində kəndin sakinlərinin qarapapaqlar olduğu göstərilir və qarapapaqlar müstəqil xalq kimi qeyd edilir. Əslində qarapapaqlar müstəqil xalq yox, azərbaycanlıların etnoqrafik qrapu, türk tayfalarından biridir.

Kənddə 1886-cı ildə 551 nəfər, 1897-ci ildə 747 nəfər, 1908-ci ildə 935 nəfər, 1914-cü ildə 980 nəfər azərbaycanlı yaşamışdır. 1916-cı ildə azərbaycanlılar öz doğma kəndlərindən qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlıların sağ qalanları doğma kəndlərinə qayıda bilmişlər. 1922-ci ildə kənddə 453 nəfər, 1926-cı ildə Ardı »

Qərbi AzərbaycanKeşişkənd

Keşişkənd — tarixi Azərbaycan torpaqlarında (Qərbi Azərbaycanda), keçmiş Naxçıvan xanlığının Dərələyəz mahalında, hazırda Ermənistan Respublikasında, Başkənd çayı yaxınlığında şəhər, Vayoc dzor mərzinin inzibati mərkəzi. Rəsmi olaraq 3 yanvar 1935-ci ilədək "Keşişkənd", 1935–1957-ci illərdə "Mikoyan", 1957-ci ildən (Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 6 dekabr, 1957-ci il tarixli fərmanı ilə) isə "Yeğeqnadzor" (erm. Եղեգնաձոր; erməni dilində mənası: "Qamışlı dərə") adlanır. 7 noyabr 1995-ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995-ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu"na əsasən "Yeğeqnadzor bələdiyyəsi"ni təşkil edir. Bələdiyyənin ərazisi 2.642 hektar və ya 0.2642 km²-dir.
Etimalogiya[redaktə]
Dərələyəz Ardı »