Qərbi Azərbaycan → Təmkin (şair)
Həyatı[redaktə]
Təmkin (Böyükkişi Abbas oğlu Mirzəzadə) 25 avqust 1925-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Zod kəndində anadan olmuşdur.
1941-ci ildə kənd orta məktəbini əla qiymətlərlə bitirərək həmin məktəbdə müəllim işləmişdir. 1942-ci ildə ailələri əsl-nəcabətlərinə görə siyasi təqiblərdən yaxa qurtarmaq üçün Gəncə ətrafına, Zazalı kəndinə köçür, sonra isə Seyidlər kəndində məskunlaşırlar.
1945-ci ildə atası vəfat etdiyindən ailə yükü üzərinə düşür. 1948-ci ildə Mingəçevir SES tikintisinə gəlir, təqaüdə qədər şəhərin bir neçə müəssisəsində fəhlə, mütəxəssis və mühəndis kimi çalışır.
18 may 2014-cü ildə vəfat etmişdir.
Firəngiz xanımla ailə həyatı qurmuş, altı övladı olmuşdur.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aydın Mirzəzadənin atasıdır.
Yaradıcılığı[redaktə]
Gənc yaşlarından bədii yaradıcılıqla məşğul olmuş, müxtəlif Ardı »