Qərbi Azərbaycan → Çaybasar (Ağbaba)
Tarixi[redaktə]
İlanlı - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Rayon mərkəzindən 17 km şimal-şərqdə, Arpaçayın sağ sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.
Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. Erməni mənbələrində kəndin sakinləri kimi qarapapaqlar göstərilir və onlar xalq kimi qeyd edilir. Amasiya rayonunda yaşayan qarapapaqlar azərbaycanlıların bir qrupu olmaqla azərbaycanlı xalqını ifadə etmişdir.
Kənddə 1886-cı ildə 137 nəfər, 1897-ci ildə 206 nəfər, 1908-ci ildə 240 nəfər, 1914-cü ildə 276 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1916-1918-ci illərdə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar ata-baba yurdlarına qayıda Ardı »