Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qərbi AzərbaycanŞahmar Əhmədov - Ailəsi

Şahmar müəllim özü isə, bir oğul, altı qız övladı atası idi. Həyat yoldaşı Abbasova Lətifə Möhsün qızı 35 ildən yuxarı müəllimə işləmiş, 1987-ci ildə avqust ayının 15-də Bakı şəhərində vəfat etmişdir. Məzarı Bakının “Mehdiabad” qəsəbəsindədir. İlk övladı Ofeliya xanım 1970-ci ildə Ermənistan SSRİ-nin Yerevan şəhərində vəfat etmişdir. Arzu və Azər adında iki oğulları var. İkinci övladı Raya xanım 16 noyabr 1947-ci ildə Ermənistan SSRİ-nin Amasya rayonunda dünyaya gəlmişdir. Hazırda Bakı şəhəri, Binəqədi rayonu 244 saylı orta məktəbdə riyaziyyat müəlliməsi işləyir. Əmək fəaliyyət müddətində bir sıra dövlət təltiflərinə layiq görülmüşdür. Leyla adında bir qızı var. Üçüncü övladı Tərifə xanım 1 yanvar 1951-ci Ardı »

Qərbi AzərbaycanVaqif Kərim

Həyatı[redaktə]
Vaqif Kərimov 1966-cı ildə Qərbi Azərbaycanın Göyçə mahalında anadan olmuşdur. 1993-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirmiş, müxtəlif idarə və təşkilatlarda hüquqşünas işləmişdir.

Azərbaycan Beynəlxalq Universitetində və Qərb Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Hazırda ixtisası üzrə fəaliyyətini davam etdirir.

Ədəbi yaradıcılığa şeirlə başlamış, müxtəlif janrlarda (qoşma, qəzəl, bayatı, rübai, satirik və mənsur şeirlər)nəzm əsərləri yazmışdır. Vətən və millət sevgisi, cəmiyyətdə baş verən ictimai-siyasi proseslər,ümumbəşəri duyğular şeirlərinin əsas mövzusudur. Bir neçə iri həcmli nəzm əsərinin - poemaların müəllifidir.

"Qoşa zirvə" adlı ən böyük poeması prezident İlham Əliyevə həsr olunmuşdur. "Ardanış həsrəti" poeması isə doğma yurd həsrətindən, ulu Göyçənin şanlı tarixindən, doğulub böyüdüyü sazlı-sözlü mühitdən Ardı »

Qərbi AzərbaycanAxta rayonu

Axta — Ermənistan SSR-da və Ermənistan Respublikasında inzibati ərazi vahidi olmuşdur. Qərbi Azərbaycanın tarixi Dərəçiçək mahalı ərazisində yerləşirdi.

1930-cu il sentybarın 30-da yaradılıb.1959-cu il iyunun 30-na qədər Axta rayonu,həmin tarixdən etibarən isə Hrazdan rayonu adlandırılıb. Ərazisi 936 kv.km-dir. Rayon mərkəzi Aşağı Axta şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 50 km-dir.

Axta rayonu ərazisindən Zəngi çayı və onun qolu Böyükçay (dəyişdirilmiş adı Marmarik) axıb gedir. Axta rayonunun aid olduğu Dərəçiçək mahalının adı Aşağı Axtadan Şərqə doğru uzanan meşənin içərisində, Əlibəy dağının ətəyində yerləşən Dərəçiçək kəndinin adından götürülüb. Bu yerlər həmişə İrəvan xanlarının diqqət mərkəzində olub. İrəvan xanlarından Pənah xanın buradakı sarayı XX əsrin Ardı »

Qərbi AzərbaycanAğin rayonu

Ağin — Ermənistan SSR-da və Ermənistan Respublikasında inzibati ərazi vahidi olmuşdur. Qərbi Azərbaycanın tarixi Şörəyel mahalı (Şirək-el) ərazisində yerləşirdi.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12 oktyabr 1961-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ani qoyulmuşdur. Ərazisi 429 kv. km-dir. Rayon mərkəzi şəhər tipli Molla Göyçə (03.01.1935-dən Marlik) qəsəbəsidir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 100 km-dir. Ardı »

Qərbi AzərbaycanBalo bəy Vəkilov

Həyatı[redaktə]
Balo bəy Cəlil bəy oğlu 1889-cu ildə Şərur-Dərələyəz qəzasının Çivə kəndində doğulub. Uşaq yaşlarında (1905-1907) erməni-müsəlman qırğınlarının şahidi olmuşdur. Onda ermənilərə qarşı amansız nifrət yaranmışdır. 1918-ci il hadisələri başlayandan Balo bəy ermənilərin elə ilk hücumlarından sonra silaha sarılır. Könüllülərdən ibarət güclü müdafiə dəstəsi yaradır. Dəstədə Əhməd bəy (Amo), İsmayıl bəy, Əli bəy, Hüseyn bəy, Qafar bəy, Yusif bəy, Kərbəlayı Əşrəf bəy, Kərbəlayi Firudin bəy və başqa Vəkilovlar Kəllo və Məmili tayfaları ermənilərə qarşı vuruşurdu. Qüvvələrin qeyri-bərabər olmasına baxmayaraq kəndin camaatı igidliklə vuruşur, ermənilərin bütün hücumlarını dəf edir, onlara sarsıdıcı zərbələr vururdu. Döyüşlərdə Balo bəy xüsusilə şücaət göstərirdi. O, həm də mahir Ardı »

Qərbi AzərbaycanMəmməd Salmanov

Həyatı[redaktə]
Məmməd Əhəd oğlu Salmanov yanvarın 1932-ci ildə yanvarın 12-də Ermənistanda Qaraqışlar kəndində anadan olmuşdur. O, Azərbaycan Kənd Təsərrüfatı İnstitutu bitirmişdir, biologiya elmləri doktorudur. Onun çapdan çıxmış elmi əsərlərin ümumi sayı 180, xaricdə çıxmış elmi əsərlərin sayı isə 76 . Məmməd Salmanov 2001-ci ildə AMEA-nın müxbir üzvi, 2007-ci ildə isə həqiqi üzv seçilmişdir.

Əsas elmi nailiyyətləri[redaktə]
XX əsrin 50-ci illərində müxtəlif iqlim-coğrafi şəraitdə yaradılan süni su hövzələrinin (Volqa üzərində-Kuybişev və Kür cayı məcrasında - Mingəcevir su anbarları misalında) formalaşmasında ümumi qanunauyğunluğun təyin və elmi-cəhətdən əsaslandırılması; Kür və Araz çayları hövzəsində uzun müddətli antropogen təsirlərin nəticəsində ekosistemdə mikrogeoloji sukçessiyanın yaranmasının subatı və ekoloji təzadları; Xəzər Ardı »

Qərbi AzərbaycanMehdi Abbasov (I)

Mehdi Abbasov (tam adı:Mehdi Əli oğlu Abbasov, d.1898, İrəvan-v.1979, Bakı) — Dövlət xadimi, "Azdövsutəslayihə" institutunun (II) direktoru.

Həyatı[redaktə]
Mehdi Əli oğlu Abbasov 1898-ci ildə Qərbi Azərbaycanın İrəvan şəhərində pinəçi ailəsində anadan olmuşdur. 1909-1911-ci illərdə İrəvan şəhərindəki Rus-Tatar məktəbində, 1911-1913-cü illərdə isə şəhər ibtidai məktəbində təhsil almışdır. 1912-ci ildə anası, 1913-cü ildə isə atası vəfat edən Mehdi Abbasov təhsilini yarımçıq qoyaraq, çörək pulu qazanmaq üçün işləmək məcburiyyətində qalmışdır. Əmək fəaliyyətinə 1913-cü ildə İrəvandakı quberniya nəşriyyatında cildçi-fəhləlikdən başlamışdır. 1916-1917-ci illərdə nəşriyyatda usta köməkçisi işləmiş, 1917-1918-ci illərdə isə şəhər məhkəməsində katiblik etmişdir. Erməni daşnaklarının 1918-ci ildə şəhərdə törətdiyi vəhşiliklər nəticəsində yerli əhalinin yaşayış səviyyəsi ağırlaşdığına görə Ardı »

Qərbi AzərbaycanQəmbər Namazov - Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı

1961, Leninqrad,Rusiya: SSRİ riyaziyyatçılarının Beynəlxalq qurultayı
1994, Düşənbə, Tacikstan: İnteqral tənliklər nəzəriyyəsinin bəzi məsələləri Ümumittifaq Simpozium
1977, Moskva, Rusiya:Akademik İ.Q.Petrovskinin 75 illiyinə həsr olunmuş Diferensial və riyazi fizika tənlikləri Beynəlxalq konfransı
2000,Zəncan,İran:Tətbiqi riyaziyyat üzrə II birgə seminar (Bakı Dövlət Universiteti və Zəncan Universiteti)
2002,Zəncan,İran:Tətbiqi riyaziyyat üzrə III birgə seminar (Bakı Dövlət Universiteti və Zəncan Universiteti)
2003,Sumqayıt, Azərbaycan:Azərbaycan respublikasının Prezidenti H.Ə.Əliyevin 80 illiyinə həsr olunmuş Nəzəri və riyazi fizikanın tərs məsələləri Beynəlxalq konfransı Ardı »