Qərbi Azərbaycan → Aşıq Cahad
Həyatı[redaktə]
Aşıq Cahad 1917-ci ildə Göyçə mahalının Qaraqoyun kəndində dünyaya göz açıb. Söylədiyinə görə, atası Camal kişi (1884-1965) savadlı olub, bir neçə dil bilməklə yanaşı, saz-söz sənətinin gözəl bilicisi olduğundan, artıq 15 yaşında yaddaşıyla tutumlu saz-dastan yatırına yiyələnib. Havacatı hər yayı Göyçədə keçirən Aşıq Əsəddən öyrənsə də, 30-cu illərin II yarısında Aşıq Talıb və Aşıq Nəcəf onu həmişəlik şagirdliyə götürürlər. O, 1947-1948-ci illərdə artıq qocalmış Aşıq Əsədin evində qalıb, onunla da məclis keçirirmiş. Daha sonralar Aşıq Cahad Göyçəyə qayıdaraq ustadının oğlu və qardaşı oğlu ilə məclislərə gedərmiş. Ozü də sonuncu ilə - Aşıq Nəcəflə daha çox.
Aşıq Cahad da, artıq yaşı ötdukdən sonra, Ardı »