Qərbi Azərbaycan → Möhsün Qədiroğlu
Həyatı[redaktə]
Möhsün Qədiroğlu 1970-ci il aprelin 20-də Qərbi Azərbaycanda, Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra 1988-1990-cı illərdə hərbi xidməti borcunu yerinə yetirmişdir.
1991-1996-cı illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır. 1994-2002-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində xəbərlər şöbəsində redaktor işləmişdir.
2004-cü ildən Ukrayna və Şərqi Avropa ölkələri üzrə xüsusi müxbir olaraq çalışır. Eyni zamanda Kiyevdə 2003-cü ildən Azərbaycan, Ukrayna və rus dillərində nəşr olunan "Azərbaycanın səsi" qəzetinin baş redaktorudur.
Ədəbi fəaliyyəti[redaktə]
Ədəbi fəaliyyətə orta məktəbdə ikən başlamışdır. İlk qələm təcrübələri Basarkeçər rayon qəzeti "Vardenis"də dərc edilmişdir. Sonra dövri mətbuatda vaxtaşırı şeir, oçerk və publisistik yazılarını çap Ardı »