Faiq İlahi oğlu Cəfərov - Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Tibb Universitetinin normal fiziologiya kafedrasının müdiri, tibb elmləri doktoru (1990), professor (1991), 91-lərdən.
Həyatı[redaktə]
Faiq İlahi oğlu Cəfərov 1940-cı ildə Zəngəzur mahalının Nüvədi kəndində anadan olmuşdur. 1957-ci ildə Azərbaycan Tibb İnstitutunun pediatriya fakültəsinə daxil olmuş və 1963-cü ildə institutu fərqlənmə diplomu ilə bitirərək Elmi Şuranın qərarı ilə aspiranturada saxlanılmışdır. 1967-ci ildə o, namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi elmi adına layiq görülmüş, Azərbaycan Tibb İnstitutunun normal fiziologiya kafedrasında, baş laborant, assistent, baş müəllim və dosent vəzifələrində çalışmışdır.
1972-1978-ci illərdə F.Cəfərov müalicə-profilaktika fakültəsinin həmkarlar təşkilatının sədri, 1978-1993-cü illərdə isə Həmkarlar Komitəsi rəyasət Ardı »