Qərbi Azərbaycan → Ardanış - İqlim göstəriciləri
Ardanış kəndi mülayim iqlim qurşağında yerləşir. Dağ-meşə və dəniz iqlimi mövcuddur. Ümumi günəş radiasiyası 135 kkal/kv. sm-ə çatır. Havanın orta temperaturu yanvarda düzənlikdən dağlara doğru 0-dan – 15 dərəcəyədək dəyişir. İyulda orta temperatur +15-dən +35 dərəcəyədək olur.
Ən çox yağıntı may ayında olur. Yağıntının orta illik miqdarı 350-400 mm-dir. Torpağın qumsal olması ilə əlaqədar yağışın çox yağması Ardanışda çətinlik yaratmırdı, əksinə burada bol yağıntı ruzi-bərəkət hesab olunurdu. Kəndin (yaşayış sahəsinin) əksər hissəsi qumsal torpaqlarda yerləşdiyindən, güclü yağışdan sonra palçıq əmələ gəlmirdi.
Havası yayda sərin, qışda isə soyuq olmaqla, qurudur. Ətraf ərazilər tamamilə alp və subalp çəmənlikləridir. Havanın quruluğu yüksəkliyə görə təzyiqin aşağı olmasını Ardı »