Azərbaycan tarixçiləri → Cəmil Həsənli - İctimai-siyasi fəaliyyəti
Cəmil Həsənli 1988-1991-ci illər Milli Azadlıq Hərakatının iştirakçılarından biri olmuş və 1989-cu ildə yaradılmış Azərbaycan Xalq Cəbhəsinin də üzvü olmuşdur. AXC-nin BDU təşkilatında təmsil olunmuşdur. 1994-2005-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin humanitar məsələlər üzrə müavini olmuşdur. 2005-ci ildə AXCP üzvlüyündən çıxmışdır. 2005-2013-cü illərdə Fərhad Əliyevin Hüquqlarını Müdafiə Komitəsinin sədri olmuşdur. 2007-ci ildə AMEA-nın tarix üzrə müxbir üzvülüyünə namizəd olmuş lakin yetərli səsi yığa bilməyərək bu vəzifəyə seçilə bilməmiş və sonradan AMEA-ya olan seçkilərdən bəhs edərkən "müxbir üzv mərhələsini keçmədən birbaşa həqiqi üzvlüyə seçilənlər demək olar ki, hamısı eyni regionun "alimləridir" demişdir. 2009-cu ildə təsis edilmiş Azərbaycan Ziyalılar Forumunun həmtəsisçilərindən biri Ardı »