Azərbaycan tarixçiləri → Həsənəli xan Qaradaği - Ədəbi fəaliyyəti
Həsənəliağa Xan Qaradağski nin ədəbi fəaliyyəti onun pedaqoji fəaliyəti ilə sıx bağlı olduğundan, burada hər hansı bir sədd çəkmək imkanı yoxdur. Xan Qaradağskinin didaktik xarakterli şeirlərini, düşünməcələrini, təmsillərini, müxtəlif nümunələrdən etdiyi tərcümələrini onun ədəbi-pedaqoji, maarifçi fəaliyyəti ilə əlaqələndirməli, qəzəl, müxəmməs, müşairə səpkisində yazdığı əsərləri isə sırf ədəbi fəaliyyəti ilə bağlamaq mümkündür. Həsənəli ağanın ədəbi fəaliyyəti isə Şuşada fəaliyyət göstərmiş olan "Məclisi-fəramuşan" poetik məclisi ilə bağlıdır. Ələlxüsus, məclisə başçılıq edən, Həsənəliağaya ağsaqqallıq edən Mir Möhsün ağa Nəvvabın adı ilə bağlıdır. Bu iki şəxsin arasında mövcud olan qarşılıqlı dərin hörmət və alicənab münasibət onların bir-birinə yazdıqları şeir-məktublarda özünü açıq göstərir.
Həsənəli ağa Xan-Qaradağskinin bizə Ardı »