Filimler → Həyat bizi sınayır (film, 1972)
Məzmun
Həyat yoluna yenicə qədəm qoymuş gəncin üç il ərzində qarşılaşdığı insanlar və münasibətlərdən bəhs olunur. Kinolent xeyirxah insanların köməyi ilə həyatın sərt sınaqlarından çıxan gənc metallurqun, yeni tipli fəhlənin-Rəşidin(Fikrət Quliyev) taleyindən söhbət açır.
[redaktə]
Film haqqında
Film aktyor Ömür Nağıyevin kinoda ilk işidir.
Film yazıçı Vidadi Babanlının eyniadlı povesti əsasında ekranlaşdırılmışdır.
Filmin çəkilişləri bitdikdən sonra təsdiq olunmaq üçün Moskva Kino İdarəsinin baxışına təqdim olunur. Ssenari müəllifi Vidadi Babanlı bununla bağlı deyir: "Filmdə milli ruhda çəkilən kadrlar çoxluq təşkil edirdi. Həmin kadrlar Moskva Kino İdarəsinin rəhbərliyi tərəfindən filmdən çıxarıldı. Ümumiyyətlə, o dövrdə (Sovetlər Birliyinin mövcud olduğu dövr nəzərdə tutulur) Moskva milli ruhda çəkilən filmlərimizə çox amansız yanaşırdı. Ardı »