Filimler → Kəndlilər (film, 1939)
Məzmun
Müsavat hökümətinin süqutu ərəfəsində kəndlilər arasında bolşevik təbliğatı bəylərə qarşı üsyanla nəticələnir. Film Azərbaycanda gedən inqilabi hərəkatdan, XI Qızıl Ordunun fəal iştirakı ilə bolşeviklərin hakimiyyəti öz əllərinə keçirmələrindən danışır.
[redaktə]
Film haqqında
Film rejissor Səməd Mərdanovun bədii kinoda ilk və son müstəqil işidir.
Film aktyor İsmayıl Osmanlının kinoda ilk işidir.
Film aktyor Məmmədrza Şeyxzamanovun kinoda ilk işidir.
Filmin ən məşhur səhnələrindən biri Möhsün Sənaninin iştirak etdiyi sərxoşlar səhnəsidir. Bu səhnənin inandırıcı alınmasının səbəbi odur ki, aktyor rejissor Səməd Mərdanovun təkidi ilə araq içməli olur və həqiqətən sərxoş olur. Aktyoru sərxoş edən rejissor bu səhnəni bir dubla çəkir. Həmçinin bu kadrlar kinostudiyanın pavilyonunda çəkilmişdir.
Film ekranlara çıxmamış rejissor vəfat Ardı »