Filimler → Roma tətilləri (film, 1953)
"Roma tətilləri" (ing. Roman Holiday) — rejissor Uilyam Uaylerin filmi.Mündəricat [gizlə]
1 Məzmun
2 Film haqqında
3 Filmin heyəti
3.1 Film üzərində işləyənlər
3.2 Rollarda
[redaktə]
Məzmun
Kiçik bir dövlətin şahzadəsi Anna bir dəfə özünü sərbəst, rəsmilikdən uzaq aparmaq istəyir. Elə bu məqsədlə də həmin gecə gizlincə səfirliyin binasını tərk edir. Beləcə o, gəzə-gəzə Roma şəhərinin mərkəzinə gəlib çıxır. Şəhəri gəzən şahzadə tezliklə yorulub əldən düşür. Yuxusu gələndə isə şəhər parkında yuxuya gedir. Onu amerikalı müxbir Co Bredli təsadüfən evə gedərkən görür. Bir qədər sonra Bredliyə məlum olur ki, Annanın taksiyə verməyə belə pulu yoxdur. Şahzadə isə qətiyyətlə bildirir ki, o, heç vaxt üstündə pul götürmür. Ardı »