Filimler → Bayquş gələndə (film, 1978)
Məzmun
Lirik-psixoloji dramdakı hadisələr Abşeronun kiçik yaylaq qəsəbələrindən birində cərəyan edir. Kinolentin qəhrəmanı burada müxtəlif adamlarla qarşılaşır.
Tahir (Emin Qafarzadə) ilə Vasif (Fikrət Məmmədov) bütün yay tətili günlərində dənizin sahilində oturub suya tilov atır və balıq tutmaqla məşğul olurlar. Vasif həm də arzu edir ki, onun birmotorlu qayığı olsun və bu qayıqla dənizdə balıq ovuna çıxsın. Elə onların evlərinin yaxınlığında qocaman bir kişi(İsmayıl Osmanlı) yaşayır. Keçmişdən, gələcəkdən maraqlı əhvalatlar danışan bu kişinin evinə Tahir də tez-tez qonaq gəlir. Elə bu zaman qəsəbədə Rəşid(Həsənağa Turabov) adında varlı bir adam peyda olur. O, alverçiliklə topladığı böyük sərvəti eninə-uzununa xərcləməyə başlayır. Qoca öləndən sonra onun da Ardı »