Filimler → Divar (film, 1991)
Məzmun
Psixoloji-fəlsəfi mövzuda olan bu kino əsərində belə bir fikir irəli sürülür: insan qarşısına çıxan sədləri, divarları aradan götürmək üçün mübarizə aparmalıdır. Əks təqdirdə bu sədlər, bu divarlar insanı sıxacaq, qəddini əyəcək, onu məhv edəcəkdir.
Filmin qəhrəmanı 40-45 yaşlı subay bir kişidir (Tofiq Qarayev). Onun sevdiyi Nazlı (Laləzar Mustafayeva) dul qadındır. Qadının bir oğlu da vardır. Bu uşaq anasının özgə kişiyə ərə getməsinə heç cür razı ola bilmir.
Müəlliflərin fikrincə, uşaq bu iki şəxsin arasında divardır. Bəs nə etməli? Qəhrəman bu suala cavab tapa bilmir.
[redaktə]
Film haqqında
Film Ramiz Məlikovun quruluşçu rejissor kimi kinoda ilk işidir.
[redaktə]
Filmin heyəti
[redaktə]
Filmin üzərində işləyənlər
Quruluşçu rejissor: Ramiz Məlikov
Ssenari müəllifi: Yaşar Əliyev
Quruluşçu operator: Ardı »