Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ümumi PsixologiyaÜnsiyyət seçimi

Evli cütlüklər və subaylar eyni ailə statusuna malik insanlarla ünsiyyətdə olmağa üstünlük verir. Bu ona görə baş verir ki, insanlar öz həyat tərzlərinin ən yaxşı olduğunu düşünməyi çox sevir. Bu, əsasən onların öz ailə vəziyyətinin yaxın zamanda dəyişməyəcəyini düşündükləri üçün olur.

Bu faktor bizim onlara əvvəllər necə münasibət göstərdiyimizdən asılı olmayaraq, digər insanlarla olan münasibətlərimizə təsir göstərir. Məsələn, cəmiyyətdə belə bir tendensiya var ki, işə götürənlər özlərilə eyni ailə statusuna malik insanları daha həvəslə işə qəbul edir.

Əgər insan hansısa sosial çərçivədə ilişib qalıbsa, bu, ona həmin sistemi daima rasionallaşdırmağa və təsdiq etməyə imkan yaradır. Müəyyən bir sual verildikdə biz “Bəli, mənim Ardı »

Ümumi PsixologiyaUorren Baffetin sirləri

Planetin ən varlı insanlarından biri, Berkshire Hathaway-in sədri Uorren Baffet öz vəsaitlərini yerbəyer edərkən sırf qadınlara xas üsullardan istifadə etmişdir.
Baffet bazarı sanki "hiss edir", əlverişli şərait yetişən kimi vəsaitlərini qoyur və xeyli gəlir götürür. Halbuki, başqaları böyük miqdarda pullar xərcləyərək brokerlərə və analitiklərə müraciət edir, bazarın hərəkətini nəzarətdə saxlayırlar, yenə də gəlir onlardan yan keçir.
Uorren Baffet (Warren buffet)-investorların kumiriOmaxa sehrbazının sirri olduqca sadədir. Onun strategiyası əksər kişi investorların istifadə etdikləri prinsiplərdən xeyli dərəcədə fərqlənir. Baffet səbrlidir, ona görə də gözləməyi bacarır və dərin təhlillər apararaq səhmlərin qiymətlərinin müəyyən həddə çatacağı anın yetişməsini gözləyir. Sonra daha çox mənfəət götürmək üçün yenə zəruri Ardı »

Ümumi PsixologiyaNiyə baharda aşiq oluruq?

Psixoloq Ayşəgül Denizci, xoşbəxtlik yaradan serotonin hormonunun baharda yüksəldiyini və beynimizin təbiətin çağırışına uyğun aşiq olmağı asanlaşdırır.
Havaların isinməyə başladığı günlərdə daha asan və tez aşiq oluruq. Yazın gəlişi ilə təbiət canlanır və aşiq olma duyğusu insanların qəlbinə yol tapır.

Qışın və soyuğun kədərini geridə qoyub baharın gəlişi ilə birlikdə aşiq olma duyğusunun artma səbəbi nədir?
“Bioritmimiz günəş işığına qarşı həssas olur. Yazda daha çox günəş işığı qəbul edirik və hormonlarımızda da dəyişikliklər meydana gəlir. Xoşbəxtlik verən serotonin hormonu yüksəlir. Onun sayəsində həyatımızı müsbət istiqamətdə yönləndirərək gələcəyimizə aid ümid hiss etməyi asanlaşdırır ”

Havaların isinməsi ilə birlikdə kürəyimizdə daşıdığımız və hiss Ardı »

Ümumi PsixologiyaDüşüncə perspektivi

Gözəl bir söz var: “Güllər arasında tikanı yaratdığı üçün Allaha şikayət etmək əvəzinə,tikanlar arasında gülü yaratdığı üçün Allaha şükür etmək lazımdır”.Deməli,bir-birindən gözəl,rəngarəng gülləri olan bir bağçada şikayət etmək mümkün olduğu kimi,şükür etmək də mümkündür.Ətrafımızdakı şeylərə baxıb məyus olmaq da,sevinmək də öz əlimizdədir.Necə deyərlər,əsas məsələ hara baxmaq yox,necə baxmaqdır.Elə isə əşya və hadisələrə necə baxmaq lazım olduğunu bilsək,zahirən çoxlarına çirkin görünən şeylərdə də saysız-hesabsız gözəlliklər görə bilərik.Çünki hər şey ya birbaşa,ya da nəticə etibarı ilə gözəldir.Ancaq bu gözəllikləri görə bilmək üçün insan bəzi xüsusiyyətlərə malik olmalıdır.
düşünün və şükür edinSəbir də,uzaqgörəmlik də,nikbinlik də bu xüsusiyyələrdəndir.Yarısına qədər boş olan bir stəkan üçün “yarısına qədər Ardı »

Ümumi PsixologiyaMəktəbə hazırlıq

Məktəb həyatına yenicə başlayacaq kiçikyaşlı uşaqların bəziləri məktəb anlarını həvəslə, bəziləri isə qorxu ilə gözləyir. Bəs uşaqları məktəb qorxusundan, dərs həyəcanından necə xilas etmək olar? Ya da, daha doğrusu, onları məktəbə hazırlamaq üçün nə etmək lazımdır? Məlumdur ki, məktəb uşağın zehni, fiziki inkişafında əsas rol oynayan əhəmiyyətli mərhələlərdən biridir.məktəbli qız

Uşaq bu yolla ictimai mühitlə ünsiyyət qurur və bir fərd kimi cəmiyyətdə iştirak edir. Digər tərəfdən, məktəb uşağın dünyagörüşünün artmasında da mühüm rol oynayır. Mütəxəssislərin fikrincə, məktəbə alışma dövrü təqribən iki-üç həftə çəkir. Bu dövrün sağlam şəkildə keçməsi isə uşağın məktəbə hazırlıqlı olması ilə bağlıdır. Əgər o, məktəb həyatına başlayarkən fiziki, Ardı »

Ümumi PsixologiyaBir boşqab yoxsa iki boşqab?..

Psixologiya fakültəsinin bir tələbəsi əsgərlər arasında belə bir təcrübə aparmağı qərara aldı.Yemək vaxtı yeməkxanaya gəldi və əlində bir qutu ərik yemək paylanan yerin qarşısında dayandı.İlk gələn bir qrup əsgərdən: “Ərik istəməzdiniz,deyilmi?”- deyə soruşdu.ərik

Və əsgərlərin 90 faizi “yox” cavabını verdilər.Sonra tələbə ikinci qrup əsgərdən: “Ərik istəyərdiniz,deyilmi?”-deyə soruşdu.Və əsgrlərin 50 faizindən çoxu “hə” cavabını verdilər.Sonra tələbə üçüncü qrup əsgərdən: “Bir boşqab ərik istəyirsiniz,yoxsa iki boşqab?”-deyə soruşdu.Və əsgərlərin 40 faizi bir boşqab,50 faizi iki boşqab ərik götürdü...

Yəqin ki,şərhə ehtiyac yoxdur... Ardı »

Ümumi PsixologiyaAlkoqolizm və onun fəsadları

Bu tip alışqanlıqlara ilk əvvəl ruh düşgünlüyünü qaldırmaq üçün üz tutulsa da sonra bu belə olmur.

Artıq bu alışqanlıq get-gedə məcburiyyətə dönür və içməmək əldə olmur. İçmək istəmir, amma bu onu əsəbi edir və aqressiya baş verir nəticədə ətrafa qarşı davranış daha da korlanır. Bu bir neçə dəfə belə davam edəndən sonra alkoqolik artıq içkini atmağı düşünür. İlk əvvəl alkoqoldan qurtulmaq xəstənin istəyilə başlasa da, bundan qurtulmaq üçün tək bu bəs etmir. Amma ətrafın ondan üz döndərməsi alkoqoliki tək başına bundan qurtula biləcəyinə inandırır.

Tək başına alkoqoldan qurtula bilməyən şəxs bir daha ruh düşgünlüyü yaşayır və ehtiyacı olduğu yaxınların yanında olmamalarını, üz döndərdiklərini Ardı »

Ümumi PsixologiyaUşaqlar leyləklərə inanmır

Uşaqlar əvvəlki kimi «səni leyləklər gətirdi» yalanına inanmır!… Mütəxəssislər, ailələrdən cinsi təhsili uşaqlarının anlaya biləcəklərisəviyyədə evdə verməyə başlamalarının əhəmiyyətinə diqqət çəkir.

Cinsəlliyin həyatımızın ən əhəmiyyətli parçalarından biri olduğunu söyləyən Cinsi Sağlamlıq İnstitutu Dərnəyi (CİSED) Ümumi Başçısı Dr. Cem Keçə; «Bu səbəblə adamın cinsəlliklə əlaqədar məlumatlarını, düşüncələrini, dəyər mühakimələrini, tutumlarını və bacarıqlarını necə, hansı şərtlərdə və kimlərin təsirləriylə öyrənmiş olduğu çox əhəmiyyətlidir. Cinsəlliklə əhəmiyyətli olan 4 mövzu vardır. Bunlar; ayıb, qadağan, günah və maraq duyğusudur. Biz bunlara cinsəllikdə məhşərin 4 atlısı adını veririk.

Məhşərin 4 atlısı, adamın içində olduğu ailədə başlayan və ictimai ətrafıyla davam edən bir şəbəkə tərəfindən adam fərqinə belə çatmadan Ardı »