Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ümumi PsixologiyaZövq - kriteriya kimi

"Ədəbiyyat söhbətləri" layihəsi çərçivəsində müsahiblərim ortada olan əsərləri dəyərləndirmək məqamında ən çox «zövqlər müxtəlifdir» fikrinə istinad edirdilər.
Doğrudanmı, zövqlər müxtəlifdir? Ümumiyyətlə, zövq necə təsnifatlandırılmalıdır?zovqlər muxtəlifdir
Öz adımdan kəsin deyim ki, zövq ədəbiyyatda birmənalı şəkildə birmənalıdır! Bütün dünya üçün bir ədəbi zövq var — o zövq ki, kriteriyaları Homeri də, Ezopu da, Kafkanı da, Dostoyevskini də, Markesi də, Əkrəm Əylislini də, Tolstoyu da Lermontovqarışıq qəbul edir.
Zövqün açımına yol tapmaq üçün ilk növbədə bilmək lazımdır: insanın baş (fikir, düşüncə), göz (gözəllik), dil (dad), vücud (can) yaddaşı var.
Zövqün böyük mənada insanlıq üçün psixoloji, zaman və millilik aspektindən yanaşılanda belə ölçüləri yalnız və yalnız ədəbiyyatda üst-üstə düşür, Ardı »

Ümumi PsixologiyaAzərbyacanda psixoloji fikrin təşəkkülü və inkişafı

Bütün dünyada olduğu kimi, Azərbaycanda da psixoloji fikrin yaranması və inkişafını iki mərhələyə ayırmaq olar: elmə­qədərki və elmi psixologiyanın təşəkkülü və inkişafı. Əlbəttə, onların arasında kəskin sədd qoymaq, sərhəd çəkmək də düzgün olmazdı. Onlar bir-birinin daxilində formalaşmış, biri digərinin inkişafına zəmin yaratmışdır.
Elməqədərki psixoloji fikirlərin yaranması tarixi çox qədim­dən, eramızdan əvvəldən başlanır. O, bir tərəfdən Şərq fəlsəfi fikrindən, digər tərəfdən xalq yara­dıcılığından bəhrələn­mişdir. O bir tərəfdən həyatın özündən, ictimai-tarixi proseslər­dən asılı olaraq inkişaf etmiş, digər tərəfdən baş verən proseslər psixoloji fikrə öz təsirini göstərmişdir.
Azərbaycanda psixoloji fikrin, psixologiya elminin tarixinin araşdı­rıl­masını dünya psixologiya elminin inkişafı kontekstindən ayır­mamağı lazım bildik.
Professorlar Ə.S.Bayramov və Ə.Ə.Əlizadə elməqədərki Ardı »

Ümumi PsixologiyaUşaqları məktəbə necə hazırlamalı?

Artıq övladınızın məktəbə getmək vaxtıdır, lakin o buna hazırdırmı? Əgər həmyaşıdları ilə oynamağa can atırsa, demək, məktəbə getmək istəyir. Bəs siz bu “ayrılığa” necə reaksiya verəcəksiniz, yəni uşağı məktəbə yollamağa qorxmayacaqsınız ki? Çalışın qorxu-hürkünü özünüzdən uzaqlaşdırın. Uşağın məktəbə getmə dönəmində sizə daha çox ehtiyacı var, bu mənada ona dəstək olmağa çalışın. Bəs uşağı məktəbə necə hazırlamalısınız? Uşağı məktəbə yollamazdan əvvəl bir neçə dəfə özünüz də onunla məktəbə gedin. Ona məktəb haqqında danışın, kitablar oxuyun, məktəbdə nələr edəcəyini başa salın, uşaqlarla oynamaq üçün məktəbə aparın. Beləcə, məktəbə ilk başladığı gün məktəbdə tanışını tapa biləcək və təklik qorxusu yaşamayacaq.

Məktəb kitabxanasından kitab götürün, yaxud Ardı »

Ümumi PsixologiyaHisteriya

Histeriya (yunan sözündən götürülb mənası “hystera” – uşaqlıq deməkdir) müxtəlif psixiki amillərlə əlaqədar olaraq meydana çıxan və çox vaxt hərəki, hissi pozulmalar şəklində təzahür edən nevrozdur.

İ.P.Pavlovun fikrinə görə, histeriya, siqnal sistemlərinin fəaliyyəti kifayət dərəcədə səlis olmayan adamlarda ali sinir fəaliyyətinin pozulması, birinci siqnal sistemi fəaliyyətinin ikinci siqnal sisteminin fəaliyyətindən üstün olması nəticəsində baş verir. Histerik simptomların özləri emotivliyi və təlqinə həssaslığın artması nəticəsi hesab olunmalıdır. İ.P.Pavlov histeriyanın əmələ gəlməsində bu iki amilin əhəmiyyətini qeyd edir.

Simptomları: Bütün histerik simptomların ruhi iztirabla aydın əlaqəsi olub, kəskin surətdə baş verməsi və xüsusilə birmomentli təlqin təsirindən qəflətən keçib getməsi, onların fərqləndirici cəhətidir.

Xəstələrdə histerik tutmalar Ardı »

Ümumi PsixologiyaGənclər üçün məsləhətlər

Gənclik insan həyatının ən dəyərli illəridir.Gənclikdə edilən bir çox səhvlər bəzən bütün ömrü boyu insan həyatına öz təsirini göstərir. Təbii ki,bu səhvlərin çoxu istəmədən olur. İnsan nə qədər çalışsa da etdiyi səhvlərdən, peşimançılıqlardan qaça bilmir. Düşünürəm ki, aşağıda qeyd edilənlər gənclik həyatındakı səhvlərdən uzaqlaşmağa az da olsa bizlərə kömək edəcəkdir.
- Necə yaradıldığını və səni kimin yaratdığını düşün.

- Varlığını dərk et və həyatda olan məqsədini bil.şukr et

- Dünya həyatının qısalığını anla.

- Ölümün gerçəkliyini qəbul et.

- Ölümün yaşının olmadığını bil və gəncliyinə güvənmə.

- Ölümdən sonrasında nə olacağını düşün.

- Sənə verilən ömrü necə dəyərləndirəcəyini düşün.

- Dinini öyrən.

- Dini və insani məsuliyyətlərinin olduğunu bil.

- İbadətlərini Ardı »

Ümumi PsixologiyaYağış altında insan” şəkil vasitəsilə interpretasiya

Beyninizdən bütün fikirləri uzaqlaşdırın və rahat olun. Qarşınıza ağ vərəq qoyun. Yağış altında bir insanı təsəvvür edin və onu vərəqdə təsvir edin. Şəkil çəkərkən ən çox sevdiyiniz rənglərdən, plamaster, karandaş, fırça- bir sözlə ürəynizcə hansıdırsa ondan istifadə edin.

Rəsmi bitirdikdən sonra onu bütünlükdə qəbul edin. Rəsimdə ən əsas şərt ona “hiss etmək”dir. Öz hisslərinizi, qəlbinizin səsini dinləyin, özünüzə sual verin: “Mən çəkdiyim şəkilə baxanda nə hiss edirəm? Onun hər detalı mənim üçün nə anlam kəsb edir?”.

Yağış bu rəsimdə bir maneəni, çətinliyi simolizə edir, hansı ki, insanın həyatda bunlar ilə qarşılaşması qaşılmazdı. Rəsmin hər detalını diqqətlə analiz edin. Rəsimdəki insan nə Ardı »

Ümumi PsixologiyaDepressiya yaşayan ananın uşağı tez kökəlir

Depressiya yaşayan ananın uşağı tez kökəlir

Ana stress keçirdiyində uşağı ilə maraqlanma müddəti azalır. Ananın yalnız öz kontekstinə deyil, evə və həyata olan marağı da azaldığı üçün uşaq tək qalır.

Ananın depressiyada olması uşağa necə təsir edir?

Depressiya səbəbindən kifayət qədər qayğı görməyən uşaqda, daha nizamsız qidalanma saatları, nizamsız yuxu saatları, daha çox çərəz və paketli məhsullar istehlak etmə vərdişləri, daha az hərəkət etmə və televiziya ya da kompyuter arxasında daha uzun müddət keçirmək kimi hallar görünür.

Ananın ailə üçün yemək hazırlamasından tutmuş, yuxu və ya yuxusuzluq müddəti də uşağa birbaşa təsir edir. Daha az qayğı, daha az yemək bişirən, daha çox yatan və ya yuxusuzluq çəkən anadan Ardı »

Ümumi PsixologiyaUşaqların yaşına görə boşanmanın yaratdığı təsirlər

Körpəlik (1-3 yaş arası)
Boşanmanı bu yaşlar arası uşaqlar necə başa düşər?

Ana və atadan birinin evdən getdiyini bilir, amma səbəbini başa düşmürlər.
Bu yaşlar arası uşaqların boşanmaya qarşı münasibətləri:

— Əvvəlkinə baxanda daha tez-tez və çox ağlayırlar.
— Yuxu problemləri;
— Yerini islatmaq və yenidən barmaq əmməyin başlaması;
— Valideynlərindən ayrı qalanda qorxu və narahatlıq hiss etməsi;
— Əsəb gərginliyi;
— Dişləmək və narahat edici hərəkətlər.

Bu vaxt valideyinlər nə edə bilər?
— Əvvəlki kimi gündəlik yaşayışı pozmadan elə də yaşamağa davam etməlidirlər.
— Hər dəqiqə narahat görünməmək və uşağı inamlı ailə çərçivəsində böyütməlidirlər.
— Ana və ata ayrı-ayrılıqda olsa da uşağa vaxt ayırmalıdır.

Məktəbə qədərki uşaqlar (3-6 yaş arası)
Boşanmanı Ardı »