Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ümumi PsixologiyaFantom zəng sindromu

Son dövrlərdə insanların telefon zəngini hallüsinasiya şəklində eşitməsi problemləri onları ciddi şəkildə narahat etdiyindən Avstraliyalı alimlər bu istiqamətdə tədqiqat aparmağı qarşıya məqsəd şəklində qoymuş və bu situasiyanı tədqiq etməyə başlamışlar.Aydın olmuşdur ki, şəxsi əşylardan, eləcə də telefon və onun zənglərindən asılı olan şəxslər əsasən neyro-psixoloji problemləri olan və dərin nevroz və stress yaşayan insanlarda rast gəlinir.Onlar olduqca həssas bir sinir gərginliyinə sahib olurlar ki, bu da adi həyati proseslərdə ən sadə halda narahatlıqla büruzə edir.

Vacib bir zəng gözləyən insanlar onları qəbul etdikdən sonra belə təəssüratlar izsiz ötüşmür.Fantom zəng sindromu istiqamətində tədqiqat aparan Sidney Universitetinin Psixologiya İnstitutunun tələbələri Ardı »

Ümumi PsixologiyaUşaqlara xərclik vermək doğrudurmu?!

Böyük yaşlarda puldan doğru istifadə etmə,balaca vaxtlardan öyrədilən vərdişdən çox asılıdır.Ailələr uşaqlarına xərclik verərkən özünü nəzarətdə saxlamalı və konkret mövqeləri olmalıdırlar.

Xərclik yaxşı bir hərəkətə mükafat və ya hər hansı öhtəliyində olan işinə ödəmə deyildir.Xərclik uşağa seçməyi məsuliyyət hissi daşımağı öyrətmək üçün vasitə olmalıdır.

Ümumiyyətlə,uşaqlara 3-cü sinifin sonlarında,yəni 9-10 yaşlarında pul verilməlidir.Az yaşda uşağa pulun verilməsi ondan(pulu tanımadığına görə ) doğru istifadə edə bilməməmsini,aldığı hər hansı şseyin qalığını geri istəməməsi lazımsız fasd-fooda xərcləməsinə gətirib çıxarır ki,bu da özünü göstərir.

Bəs xərclik necə verilməli?
Uşağa qədərindən çox xərclik vermək ona xoşbəxtlik deyil,bədbəxtlik və doyumsuzluq gətirir.Uşaq gərəkdiyindən çox xərcliyi doğru formada istifadə etmir.Olan dəftər və qələmlərinin yanına Ardı »

Ümumi PsixologiyaMüvəffəqiyyət üçün yol göstərən qaydalar

Dırmaşdığınız qaya ilə kərtənkələ qədər bütünləşməlisiz. Alpinist dırmaşmağa başlamadan əvvəl bizim üçün yalnızca bir macərapərəstdir. Dırmaşarkən ona "Bu lad dəlidir ki" deyə bilərik. Zirvəyə çatdığında isə o hamımız üçün yalnız bir qəhrəmandır. Yalnız bir qəhrəman...

Alpinistimiz heç bir alət olmadan, alətlər köməyi ilə dırmaşmağa çalışan iki alpinisti keçər. Belə inanılmaz bir uğuru necə bacardı? Tək cavab, Motivasiya sayəsində. Zehini və bədəni həmişə o anla yalnız dırmaşma anıyla bütünləşdi. Dırmaşmaqdan başqa nə xəyal qurdu nə də zirvəyə çata bilməyi düşündü. Dırmaşmağa qərar verdiyindən etibarən, yalnız dırmaşmağı düşündü. Çünki hədəfə çatmaq üçün motivasiya çox əhəmiyyətlidir.

Çicəkləri görə bilmirsinizmi?
Ətrafınıza bir daha görə bilməyəcək kimi baxın. Bir Ardı »

Ümumi PsixologiyaŞəxsiyyətin iradi keyfiyyətləri

Şəxsiyyətin iradi keyfiyyətləri elə iradi iş prosesində təzahür edir və formalaşır. İradi keyfiyyətlər – mürəkkəb psixi xüsusiyyətlər kimi insanın həyatı prosesində formalaşır, psixoloji səciyyəsinə görə vasitəli xarakter daşıyır. Tərbiyə şəraiti, sosial mühit eləcə də, sinir tipi iradi keyfiyyətlərin formalaşmasında mühüm rol oynayır.
Şəxsiyyətin iradi keyfiyyətlərini 3 qrupda birləşdirmək olar:
1. İlkin iradi keyfiyyətlər – iradi güc, təkidlilik.
2. Törəmə iradi keyfiyyətlər – qətiyyətlilik, cəsarət, özünü ələ almaq, inam.
3. Üçüncü iradi keyfiyyətlər – məsuliyyətlilik, intizamlılıq, işgüzarlıq, təşəbbüskarlıq.
İradi keyfiyyətləri mənfi və müsbət olmaqla iki qrupa bölmək olar. Müsbət iradi keyfiyyətlərə təkidlilik, qətiyyət, cəsarət, özünü ələ almaq, məsuliyyətlilik, intizamlılıq, müs­təqillik, səbrlilik və s. aid edirlər. Bunların Ardı »

Ümumi PsixologiyaPsixologiya elmi

Elm və texnikanın sürətlə inkişaf etdiyi bir dövrdə yaşayırıq. Bu dövr yeni elm sahələrinin meydana gəlməsi ilə fərqlənən bir dövrdür. Özünün qədim tarixi­­liyi ilə fərqlənən elm sahələri ilə yanaşı tamamilə yeni elmlərin meydana gəlməsi onları bir-birlərindən fərqləndirməyi, onlardan yerli-yerində bəhrələnməyi tələb edir. Bu elmlərin bir çoxunun obyekti eyni olduğu halda, onlar öz predmetlərinə görə bir-birlərindən fərqlənirlər. Hər bir elmin predmetini özünəməxsus hadisələr təşkil edir. Bu hadisələrdən bəziləri olduqca mürəkkəb, çətin dərk olunan hadisələrdir. Psixologiya elminin predmetini təşkil edən hadisələr də məhz özünün mürəkkəbliyi və çətin dərk olunması ilə fərqlənir. Həmin hadisələr hələ qədim zamanlardan insanların diqqətini cəlb etmiş, bu sahədə müxtəlif Ardı »

Ümumi PsixologiyaÖzünü Tanı

Bir meşədə iki adam ağac kəsirmiş. Birinci adam səhərlər erkəndən qalxır ağac kəsməyə başlayırmış.
Bir ağac aşarkən dərhal digərinə keçirmiş.Gün boyu nə istirahət edir nə də günorta yeməyi üçün özünə vaxt ayırırmış.Axşamları da yoldaşından bir neçə saat sonra ağac kəsməyi buraxırmış.İkinci adam isə arada bir istirahət edir və hava qaralmağa başladığında evə dönürmüş.Bir həftə boyunca bu tempdə çalışdıqdan sonra nə qədər ağac kəsdiklərini saymağa başlamışlar.

Nəticə: İkinci adam çox daha çox ağac kəsmiş. Birinci adam hirslənmiş :«Bu necə ola bilər? Mən daha çox çalışdım. Səndən daha erkən işə başladım səndən daha gec bitirdim. Amma sən daha çox ağac kəsdin.Bu işin sirri nə?»

İkinci adam Ardı »

Ümumi PsixologiyaÖzünüzə inanırsınızmı?

1. Öz güclü və zəif cəhətlərinizi etiraf edin və buna uyğun olaraq məqsədlərinizi dəqiqiləşdirin.
2. Nəyin sizin üçün qiymətli olduğunu, nəyə inandığınızı, öz həyatınızı necə görmək istədiyinizi qətiləşdirin. İrəliləyiş olanda bundan yararlanmaq üçün planlarınızı analiz edin və onları bu günün nöqteyi-nəzərdən qiymətləndirin.
3. Hər bir şeyin kökünə varın. Keçmişinizi təhlil edərək sizi bu vəziyyətə gətirib çıxaran halları araşdırın. Sizi əzab çəkməyə məcbur edən və ya kömək göstərə biləcəyi halda etməyən adamları anlamağa və bağışlamağa çalışın. Keçmiş səhvlərinizi, yanlışlıqlarınızı, günahlarınızı özünüzə bağışlayın. Əzablı xatirələrinizdən faydalı nəsə əldə edəndən sonra onları birdəfəlik yaddaşınızdan silin və bir daha onlara qayıtmayın. Pis keçmiş, yaddaşınızda siz onu Ardı »

Ümumi PsixologiyaXəttimizə görə xarakteriniz

Əgər sizin əlinizə sizi maraqlandıran şəxsin “əl yazısı” düşübsə,demək şəxsi eksperimentinizə başlaya bilərsiz.

Boşluqlar
Boşluqlar solda buraxılıbsa, demək müəllif ehtiyatllığı, hətta xırdaçılığı ilə fərqlənir. Belə ki, solda sahə daraldıqca, xəsislik xarakteri artır. Geniş sahələr aktiv və geniş ürəkli adamlar tərəfindən buraxılır.
Sahələr çox genişdir. Bu alicənablığa, pafosa, dəbdəbəyə işarədir.

Xəttin istiqaməti
Xəttin düz istiqamətdə yazılması həmin adamın adekvat, səliqəli, həqiqətən öz imkanlarını qiymətləndirmək bacarığına malik bir şəxs olduğunu göstərir.
Xəttin yuxarı istiqamətdə yazılması həmin şəxsin özü haqqında yüksək fikirdə olduğuna işarədir. O, həm də nikbin ruhlu insandır.
Xəttin aşağı istiqamətdə yazılması pessimistlər üçün səciyyəvidir. Belə insanlarda özünü qiymətləndirmə aşağı səviyyədə olur.
“Dalğayabənzər” xəttlər avantürizmə meyllilik, yalan danışma məharəti Ardı »