Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ümumi PsixologiyaXəyanət haqda ən məşhur 10 fikir

1. Kişi və qadın arasında dostluq həmişə eşqlə bitir
Burada yanlış fikir ondadır ki, qadınlar elə düşünürlər, kişilər dostluğu sevgi hisslərinə çevirmək istəyir. Amma psixoloqlara görə, məhz qadınlar dost münasibətlərini fərqli tərəfə çəkirlər. Çünki qadınlar daha emosionaldırlar və özlərinə potensial sevgilini dostlarının arasından axtarırlar. Bu, qadın üçün daha təhlükəsiz variantdır.

2. Kişilər nikahda xoşbəxt olmadıqlarına görə xəyanət edirlər
Kişilər üçün bu əsas səbəb olmaya da bilər. Bir çox xoşbəxt ailələrdə kişi kənarda eşq macərası yaşamaqdan imtina etmir, əgər düşünürsə ki, bu haqda heç kim bilməyəcək. Son sorğuların nəticələrinə görə, həyat yoldaşına xəyanət edən kişilərin 56%-i ailə həyatında çox xoşbəxt olanlardır.

3. Bir Ardı »

Ümumi PsixologiyaTəfəkkür prosesləri və ya fikri əməliyyatlar

Təfəkkür proseslərinin psixoloji təbiəti. Hər hansı fikri proses özünün hərəkət və ya fəaliyyət aktının daxili quruluşuna görə müəyyən məsələnin həllinə yönəlib. Məsələ özündə fərdin fəaliyyəti üçün şəraitə uyğun məqsədi ehtiva edir. Bu və ya digər məqsədə yönələn müəyyən məsələ həllinə istiqamətlənən fikri akt subyektin hər hansı motivlərindən çıxış edir. Fikri proseslərin başlanğıc məqamı adətən problem situasiya ilə bağlıdır. İnsan nəyi isə anlayanda fikirləşməyə başlayır. Təfəkkür adətən sual, problemdə əkslik və təəccübdən başlanır. Bu problem situasiya şəxsiyyətin fikri proseslərə cəlb edilməsi ilə müəyyənləşir, O həmişə nəyinsə həllinə istiqamətlənib. Bütün təfəkkür prosesləri şüurlu tənzim edilən əməliyyatlar xarakteri daşıyır.
Şüurlu məqsədyönlü istiqamətlənmə fikri prosesləri xarakterizə Ardı »

Ümumi PsixologiyaHisslərin keçirilməsi formaları

Hisslər yaranma sürətinə, qüvvəsinə və davamlılığına görə müxtəlif şəkildə keçirilə bilir. Bu baxımdan hisslərin aşağıdakı əsas keçirilmə formalarını qeyd etmək olar: əhvallar, affektlər, gərginlik, frustrasiya.
Əhvallar. Əhval tədricən yaranan, orta qüvvəyə malik olan, xeyli müddət davam edən emosional haldır. Səhər eşitdiyimiz xoş bir xəbər bütün gün gümrah, şən əhval-ruhiyyə keçirməyimizə səbəb ola bilər. Bu baxımdan əhval xeyli müddət insanın davranışına və psixi proseslərinə təsir edən ümumi emosional haldır. İnsanda yaranan əhvallar müsbət və ya mənfi xarakter daşıya bilər. Məsələn, müsbət xarakter daşıyan gümrah, şən, işgüzar əhval xeyli müddət, bəzən bir və ya bir neçə gün davam etməklə insanın fəaliyətinə də öz müsbət Ardı »

Ümumi PsixologiyaXarakterizmizi əks etdirən yatmaq pozası

Yatmaq şəklimiz bizim ətraf aləmə olan münasibətimizi əks etdirir. Psixoloqların sözlərinə görə, insan yuxuda öz davranışlarına nəzarət edə bilmir. Əgər siz müəyyən bir pozada yatsanız belə, yuxudan mütləq xarakterinizi əks etdirən formada oyanacaqsınız. Son yuxu araşdırmasını britaniyalı alimlər aparıblar. Professor Robert Fillipsin sözlərinə görə, 6 əsas yuxu pozası var. Onlardan ən çox yayılan embrion formasıdır.

a) Embrion
Ana bətnindəki kimi qıvrılaraq yatmaq insanın həssas bir qəlbə malik olduğunu göstərir. Belə yatan insanlar ilk görüşdə utancaq olsalar da qısa zamanda rahatlayırlar. Araşdırmalarda iştirak edən 1000 nəfərdən 41% bu şəkildə yatıb. Bu pozisiyada xüsusilə qadınlar daha çox yatırlar.

b) Dik yatış
Sol böyrü üstündə qollar Ardı »

Ümumi PsixologiyaUşaqlarınızı daha yaxından tanıyın

Oyun uşaqları tanımaq üçün ən yaxşı vasitələrdən biridir. Çünki onlar oynadıqları oyunlarda öz fikir, duyğu və düşüncələrini, ətrafdakı insanlara qarşı münasibətlərini, eyni zamanda baş verən hadisələri necə anladıqlarını büruzə verirlər. Həm dil, həm də hərəkətləri ilə nümayiş etdirdikləri davranışları onların əsl simalarının üzə çıxmasına xidmət edir.

Doğrudur, uşaqlar bütün davranışlarında özlərini ifadə etmirlər. Yəni bir çox hallarda onlar kimləri isə təqlid edirlər. Ancaq bu təqlidçiliyə uşaqların duyğu və düşüncələrinin də əlavə olunduğu əsla unudulmamalıdır.

Əslində uşaqların belə təqlidi davranışları onların "şəxsiyyətlərinin" üzə çıxmasına kömək edir. Uşaq oyun zamanı sözləri, reaksiyaları, səs tonu, mimikaları ilə duyğularını canlandırır. Yəni oyun bir növ uşaqların Ardı »

Ümumi PsixologiyaDisney şirkətinin 10 idarəçilik prinsipi

1. Hər kəsin xəyalını gerçəkləşdir

2. Yaxşı olar ki, buna inanasan

3. Müştəri yox, hər zaman qonaq

4. Hamımız birimiz üçün, birimiz hamımız üçün

5. Səhnəni paylaş

6. Cəsarət etməyə cəsarət et

7. Təcrübə, təcrübə, təcrübə

8. Öz filini uçur

9. Eskizlərinlə sehri tut

10. Ən yaxşı hesabın təfərrüatlarını ver

“Disney yolu” adlanan kitablarında müəlliflər Capodagli və Jackson Disney şirkətində olan liderlik və həvəsləndirici strategiyaları gözdən keçirir. Onun banisi Uolt Disney milyardlarla dollar gəliri olan cizgi filmi istehsal edən studiyanın dahi yaradıcısıdır. Müəlliflər digər şirkətlərə inteqrasiya olmuş, uğurla istifadə etdikləri Disney idarəçilik prinsiplərini nəzərə çatdırırlar.

Müəlliflər açıqlayır ki, Uolt Disney öz işini bu Ardı »

Ümumi PsixologiyaPsixikanın filogenezdə inkişafı

Psixikanın yaranma və inkişafının öyrənilməsi tarixindən. Psixikanın yaranması və inkişafının öyrənilməsi təbiət elmlərinin, o cümlədən psixologiyanın qarşısında duran mü­rəkkəb, mühüm vəzifələrdən olmuşdur. Hələ eramızdan əvvəl psixikanın (ruh) yaranması, mahiyyəti ilə bağlı iki fərqli dünyagörüşü: idealist və materialist dün­yagörüşü barədə fikirlər irəli sürmüşdülər. İdealistlər hesab edirdilər ki, psixika (ruh) bədəndən asılı olmayaraq mövcuddur və materiyadan əvvəl yaranmışdır. Materialistlərə görə isə materiya obyektiv gerçəklikdir, bizim şüurumuzdan asılı olmayaraq mövcuddur və daim dəyişir, hərəkətdə olur, inkişaf edir. Psixika yüksək surətdə təşəkkül tapmış materiyanın məhsuludur.
Psixologiya elminin başlıca vəzifələrindən biri də insan psixikasını öyrənməklə bağlıdır. Lakin insan psixikasının təbiətini öyrənmək üçün ilk növbədə pasixikanın Ardı »

Ümumi PsixologiyaMüasir dövrün problemi: yorğunluqdan qurtulun

Müasir dövrün problemi: yorğunluqdan qurtulun

"Elə yorğunam ki, qolumu qaldırmağa da halım yoxdur. Tək istədiyim yatağıma uzanıb, saatlarla yatmaqdır. Gəlmək istəyərdim, ancaq çox yorğunam...”

Bu cümlələr hər birinizə tanış gəlirmi? Müasir dövrün ən vacib problemi olan yorğunluqdan hər birimiz əziyyət çəkirik.

7-dən 70-ə hər kəsin əziyyət çəkdiyi yorğunluq halı bədənimizin bizə göndərdiyi bir mesajdır - "Dayan və özünü dinlə"

Həyat keyfiyyətimizi azaldan bu yorğunluğun səbəbi yanlış vərdişlərimiz hesab olunur. Bədənimizi yoran 10 yanlış vərdişi təqdim edirik.

Yuxusuz qalmaq. Hüceyrələrin yenilənməsinə xidmət edən melatonin qaranlıq şəraitdə, əsasən 23:00-05:00 arasında ifraz olunur. Az yatan insanlarda isə kifayət qədər ifraz olunmayaraq yorğunluğa səbəb olur.

Günə səhər yeməyini yemədən başlamaq. Gecə yatarkən qaraciyərdə olan enerji Ardı »