Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ümumi PsixologiyaTəxəyyül haqqında anlayış

İnsan nəinki duyğu üzvlərinə bilavasitə təsir edən cisim və hadisələri qavrayaraq, yaxud keçmişdə qavradıqlarını yada salaraq onların surətlərini beyin­də yaradır, həm də heç zaman bilavasitə qavramadığı, hətta heç mövcud olması mümkün olmayan cisimlərin, hadisələrin surətlərini də beyində yarada bilir. İnsanın psixikası ilə bağlı olan bu proses təxəyyül, yaxud fantaziya adlanır.
Təxəyyül insanın qavrayışı və hafizəsi ilə bağlı təsəvvürlərin yenidən işlənməsi, yeni qaydada birləşdirilməsi əsasında yeni surətlərin yaradılma­sından ibarət olan psixi prosesə deyilir.
Təxəyyül ali psixi funksiyalardan biri kimi diqqəti cəlb edir. İnsan təlim və əmək fəaliyyətində təkcə öz yaddaşına əsaslanmır. O, öz fəaliyyətinə yaradıcı şəkildə yanaşır, yaddaşında olan təsəvvürləri dəyişdirir, yeni qaydada Ardı »

Ümumi PsixologiyaKişilərdə futbol sevgisi

Psixoloqların illərdi apardığı araşdırma:

Xüsusilə kişilərin həyatında futbol matçlarını seyr etmək, bir futbol komandasının tərəfdarı olmaq niyə bu qədər əhəmiyyətlidir?

Niyə kişilər futbolu fanatik olma dərəcəsində bu qədər çox sevib təqib etməyə çalışır, hətta bütün plan və proqramlarını matç saatlarına görə qururlar?

Azarkeşlik etdikləri komandanın qazanmalarından çox xoşbəxt olub, itirdiklərində depressiyaya girəcək qədər özlərini pis hiss edirlər?

Bu və digər sualların cavablarını idmansevərlərlə bərabər psixoloqlar illərdən bəri araşdırmaqdadır. Araşdırmalara görə xüsusilə kişilərin matç seyr etməsinin ən əhəmiyyətli səbəblərindən biri fikirlərini dağıtmasıdır. Futbol gərgin iş rejimindən, gündəlik həyatın gətirdiyi məsuliyyətlərdən qurtuluş vasitəsidir.

Eyni zamanda, kişi matçı seyr edərkən özünü komandanın, ya da bir oyunçunun yerinə qoyur. Yəni, Ardı »

Ümumi PsixologiyaGülüşümüz xarakterimizi göstərir

Dahi filosof Aristotel hesab edirdi ki, insanın xarakterini təkcə üzünə görə yox, həm də gülüşünə görə müəyyən etmək olar. Qoy sizin də kiminsə gülüş tərzini müşahidəniz onu daha yaxşı anlamağa və xarakterini öyrənməyinizə kömək etsin. Bir qayda olaraq, gülüşün səsi və tembri sait səslərlə müəyyən edilir. Demə,bizim bütün "hi-hi-hi" və "ha-ha-ha"larımızı gülüşümüzdə hansı saitin çoxluğundan asılı olaraq rahatca açmaq olar. Psixoloqlar təsdiq edirlər ki, bu üsulla insanın emosiyaları, onun səmimiyyəti barədə çox şey öyrənmək mümkünür.

"A" saitli (ha-ha) gülüş açıq, loyal, fəal, bəzən isə qeyri-sabit insanlara məxsusdur. Ürəkdən gələn bu gülüş coşqun sevinci ifadə edir, səsi kənara yayır. Şənlənən və Ardı »

Ümumi PsixologiyaPosttravmatik stress pozuntusu

Posttravmatik stress pozuntusu ümumiyyətlə, həyatı təhdid edən bir hadisədən sonra başlayan və həyat keyfiyyətini aşağı salan bir problemdir. İlk olaraq, döyüş sonrası əsgərlərdə təyin olmasına baxmayaraq təyyarə qəzaları, qaçırılma, təbii fəlakətlər (zəlzələ, sel ...) sonrasında da müşahidə edilir. Şəxs travmatik hadisəni və bunun perseptual-koqnitiv-emosional hissələrini yuxularında və gün ərzində təkrarlanan şəkildə yaşayır.

Bu feedback`lar (geriyə dönmələr) hadisəni eyni canlılığı ilə pasiyentə yaşadır və həyat keyfiyyətini diqqətə çarpan bir şəkildə aşağı salər. Psixoanalitik modelə görə travmanın keçmişdə yaşanan həll olunmamış psixoloji konfliktləri canlandırdığı hipotezini müdafiə edir. Koqnitiv baxımdan, beyin travma əsnasındakı daimi məlumat axınını, mənalandırma və maneə törətmə ilə işləməyə çalışır. Bioloji modellərdə Ardı »

Ümumi PsixologiyaKimə və niyə yaxşılıq edirik?...

Hər niyyətin arxasında bir niyyət dayanır.İnsan kimə və niyə yaxşılıq etdiyini,yaxşı bilməlidir.Əslində yaxşılıq da,pislik də müəyyən mənada insanın xarekteridir.Bu məsələdə Həzrət Əlinin məşhur misalı çox gözəl nümunədir:

“Soruşurlar:

-Əgər siz bir yaxşılıq etsəniz və o bunun əvəzində sizə pislik etsə,nə edərdiniz?

İmam cavab verir:

-Əlbəttə yaxşılıq edərdim.

-Əgər o yenə pisliklə cavab versə?

-Yenə yaxşılıq edərdim.

-Bu necə olur ki,siz onun hər pisliyinə yaxşılıqla cavab veririsiniz?

Həzrət Əli suala sualla cavab verir:

-Bəs bu necə olur ki,mən yaxşı olduğum halda onu pisliyindən çəkindirə bilmirəm,o isə pis olduğu halda məni yaxşılığımdan çəkindirir?..”

Göründüyü kimi burada yaxşılıq və pislik keyfiyyət kimi yox,xarakter kimi qarşımıza çıxır.Bir də unutmayaq ki,insan bir iş görəndə hər şeydən Ardı »

Ümumi PsixologiyaHakimiyyətin 48 Qanunu -The 48 Laws of the Power (Robert Greene)

İtalyan astronom və riyaziyyatçı Qalileyin Yupiterin peyklərini kəşf etməsini, General Otto von Bismarckın alman milli birliyini qurmasını, məşhur fransız kralı 14-cü Louisin bütün dəyişikliklər fonunda səssiz qalmağını, şahmat çempionu Boris Spasskynin rəqiblərini qeyri-adi şəkildə məğlub etməsini, Məhəmməd Əlinin boks taktikalarını başa düşmək olduqca çətindir... Bütün bunlar güc oyununun görünməz tərəfi-strategiya ilə bağlıdır...
Sun-Tsunu "Müharibə sənəti" əsəri ilə müqayisə edilir və Machiavellinin "Şahzadə" əsərinə mövzu olaraq yaxındır
The 48 Laws of the Power (Robert Greene)

Bu qanunlar, hakimiyyət haqqında yazılmış ən mənəviyyatsız, qalmaqallı, təkəbbürlü və ən doğruçu qanunlardır. Özü də hakimiyyət deyəndə, müəllif prezident hakimiyyətindən tutmuş, gündəlik həyatda, ailədə hakimiyyətə qədər hər birini nəzərdə tutur. Ardı »

Ümumi PsixologiyaMeditasiya

Meditasiya – latıncadan “meditatio” , “meditor” – düşünürəm, ayırd edirəm mənasını ifadə edir. Meditasiya insan zehnini bir fikrə cəmləyir, bədəni sakitləşdirir və düşüncəni başqa aləmə yönəldir.Meditativ məşqlər müxtəlif olur. Bəzən meditasiyanın bir neçə üslublarını birləşdirib mürəkkəb meditasiya edirlər.

Meditasiya əslində, çox qədim bir üslubdur. Hətta ola bilsin ki, qədim Misirdə və hətta mayalılar da öz dövlərində meditasiya ilə məşğul olublar. Amma meditasiyanın əsas inkişaf və istiqaməti hind yoqası və buddizmdə olub. Müsəlmanlarda isə buna aid sufizm var. Təsəvvüf ,və ya sufizm İslamda geniş yayılmış ezoterik dini və fəlsəfi cərəyandır. Təsəvvüf İslam dinindəki mənəvi həyatın və əxlaqi dəyərlərin adıdır. Bu Ardı »

Ümumi PsixologiyaSuyun yaddaşı

Qədim zamanlardan etibarən bəşəriyyət təcrübələr nəticəsində suyun müxtəlif möcüzəvi xüsusiyyətlərini aşkarlayıb. Lakin uzun bir müddət elm müşahidə etdiyi hadisələri izah edə bilmirdi. Suyun iki atom hidrogen və bir atom oksigendən ibarət olduğu hər kəsə məlumdur. Son illərdə yaranan yeni texnologiyalar və avadanlıqlar maddələri nano dərəcədə öyrənməyə imkan yaratdıqları üçün suyun bir sıra xüsusiyyətlərini izah etmək mümkün olub.
Suyun molekulunda hidrogenin iki atomu oksigenin bir atomuna 105 dərəcə altında birləşib.

Elektrik yüklərinin qeyri-simmetrik quruluşuna görə su molekulunun qütbləri var. Qütblərdən biri müsbət, digəri isə mənfi yüklər daşıyırlar. Fizikada belə bir struktur dipol adlanır. Su molekulunun özü yetərincə sabitdir. Bütün mürəkkəb maddələr enerji nəzərindən daha Ardı »