Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ümumi PsixologiyaFrustrasiya

Frustrasiya - insanın öz heyatı meqsedlerine çatmasına maneçilik töreden real ve xeyali maneelerle üzleşdiyi zaman düşdüyü gergin psixi veziyyetdir.

İnsan heyatda istediyine nail olmadıqda, istediyi mövqeye çatmadıqda onda narazılıq hissleri yaranır, lakin bu zaman şüur ve fealiyyet sabit, deyişmez qalır, pozulmur. Lakin insan ele meqamlarla, ele maneelerle qarşılaşır ki, bütün bunlar onun arzularını, xeyallarını ve isteklerini üreyinde qoyur. Bu zaman yaranmış menfi emosional psixoloji veziyyet insanın şüur ve fealiyyetini pozur. İnsanın narazılıq ve temin olunmamaq seviyyesi onun dözüm seviyyesinden yüksek olur. İnsan heyatda menfi qiymetlendirilerken, onun müqeddes hesab etdiyi hisslerine, duyğularına tecavüz olunması, ona qarşı edilen haqsızlıq onda frustrasiya halını güclendire Ardı »

Ümumi PsixologiyaYanaşma tərzi...

Qadın səhər yuxudan qalxır.Güzgüyə baxır və başında yalnız üç saç telini görür ...
" Hmm ... " deyir ... " Yəqin bu gün saçımı hörəcəyəm ..." Elə də edir, günü də çox gözəl keçir ...
Ertəsi gün qalxır, güzgüyə baxır ... Başında iki saç teli qaldığını görür ...
" Hmm ..." deyir ... " Bu gün saçımı iki hissəyə ayıracağam ..."
özünə inam və uğur (müvəffəqiyyət) sinonimdir. Özünüzə inanın.Dediyini də edir, yenə çox gözəl bir gün keçirir ...

Bir ertəsi gün yenə qalxır və güzgüyə baxır ... Başında tək 1saç teli olduğunu görür...
" Yaxşı, yaxşı..." deyir ... " Elə isə bugün at quyruğu edərəm ..."
Elə Ardı »

Ümumi PsixologiyaMotivasiyanı bərpa edən amillər

Uzun və sıxıcı bir gündə motivasiyaya ehtiyac varsa, sağlam bir yemək, istirahət və bir az da əyləncə əhvalı yüksəltməyə və motivasiyanı gücləndirməyə yetərlidir. Əhvalı və enerjinizi artırmağa şokolad dadmaq, yasəmən qoxulu otaqda yatmaq və istirahət etmək, sevgi dolu olmaq, qızartma balıq yemək, boş vaxtlarda gülməli filmlərə baxmaq da effekt verir.

Qadınların xoşuna gələn manikür işi motivasiyanı gücləndirən amillərdəndir. Çay içmək də faydalıdır. Qan dövranına xeyri vardır. Təbiətlə vəhdətdə olmaq da önəmlidir. Ekzotik meyvələrdən dadmaq, boş vaxtlarda yoldaşlarınız və ya rəfiqələrinizlə gəzintidə olmaq əhvalı yüksəldən cəhətlərdən hesab olunur. Gözəl bir yuxu və istirahət yenidən motivasiyanı bərpa edən amillərdən biridir.

Sıxıldığınız hallarda fasilə Ardı »

Ümumi PsixologiyaPsixoloji priyomlar

Qrupda hamı eyni vaxtda gülürsə, hər kəs daha simpatik hesab etdiyi adama baxır. Yaxud özünə yaxın görmək istədiyi adama baxır.

Qarşınızda görüləsi vacib iş var, amma siz əsəbisiniz. Sakitləşmək üçün saqqız çeynəyin, yaxud ümumiyyətlə nəsə yeyin. Belə siz sakitləşə biləcəksiniz, çünki şüuraltı olaraq, yemək yeyilən an təhlükəsizliklə assosiasiya edilir.

Kimsə sizin üstünüzə qışqırırsa, sakitliyinizi qoruyun. Bəlkə də siz bununla qarşınızdakını daha çox əsəbiləşdirəcəksiniz, amma sonra o dərin günah hissi keçirəcək.

Qarşınızdakının cavabı sizi qane etmirsə, onun yarımçıq cavab verdiyini düşünürsünüzsə, sualı yenidən verməyin. Sadəcə onun gözünün içinə diqqətlə baxın. Bu halda o davam etməyə məcbur qalacaq.

Sən demə, təkcə emosiyalar mimikaya təsir etmir. Həmçinin Ardı »

Ümumi PsixologiyaElnur Rüstəmov: Deyəsən başıma hava gəlir

Elnur Rüstəmov: Deyəsən başıma hava gəlir

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmovun məqaləsini təqdim edirik. Tanınmış psixoloq bu dəfə insanların içindəki dəli olmaq qorxusundan yazıb.

Hər bir dərdə dözən adam,
Heç bir şeydən dəli olur.
Özü də xəbər tutmadan,
Qəflətən gülməli olur.

Qəribədi, son dönəmlərdə psixoloji problemlər miqyasına görə həm eninə, həm də uzununa daha da dərinləşib. Hər addımda bizi müşayət edir. Hər kəsə bəllidir ki, psixi problem insan faktoru ilə bağlıdır. Yəni insan yaranandan psixi problemlər olub. Araşdırmalar aparılıb, insan psixikasına nələrin müsbət, nələrin mənfi təsir göstərdiyi müəyyən edilib. Uşaq tərbiyəsində nə etmək vacibdi, hamiləlik hansı formada keçməlidi, yeniyetmə psixologiyası necə olur, evliliyə nə formada hazırlaşmaq lazımdı, gəncliyi Ardı »

Ümumi PsixologiyaUşaqlarda Edip və Elektra kompleksi

Uşaq vaxtlarımızda hər birimiz ata, ananımızı qısqanmamış olmarıq. Hər bir uşaq özünə qarşı daha çox nəvaziş, diqqət istər valideynlərindən. 3-6 yaş aralığında bu daha çox artar. Uşaqlar valideynlərini qısqanmağa başlayarlar. Bəzən uşaqlarda kompleksə çevrilər.

Edip kompleksi nədir?
Edip kompleksi — Oğlan uşağının anasına qarşı duyduğu şüuraltı yaxınlığa görə atasını qısqanması və bununla əlaqədar ruhi pozuntular kompleksinə verilən addır.


Freydin qurucusu olduğu Psixanalitik nəzəriyyəyə görə qarşı cins olan valideynləri sahiblənmə və öz cinsindən valideynləri itələmə mövzusunda uşağın bəslədiyi duyğu, düşüncə, impuls və fantaziyaların cəmidir.

Oğlan uşaqlarında anasını sahiblənmə duyğusu yaranır. Sanki hər zaman atasından anasını qorumağa çalışır. Atasının anasını əlindən alacağı düşüncəsində olur. Gecələr anası ilə Ardı »

Ümumi PsixologiyaSözdə yox, əməldə!

Səhvini anlayan kimi üzr istəmək insanlıqdır. Övladınızın ədalətli və təvazökar olmasını istəyirsinizsə, lazım gələrsə, onun özündən belə üzr istəməkdən çəkinməyin.
Ailədə uşaqlar böyüyür, onların tərbiyəsi valideynlərin ən böyük qayğısıdır. Təbii ki, bütün valideynlər öz övladlarının gözəl tərbiyə ilə sağlam yetişməsini arzu edirlər.
Biz insanıq və xətalardan, günahlardan sığortalanmamışıq. Bilərək və ya bilməyərək xətalar edirik. Xətamızı anlayan kimi onu düzəltməyə çalışmalıyıq. Bizim üçün ən doğru yol, ən xeyirli seçim də budur.

Siz ailə başçısısınız və övladlarınız sizin hər əməlinizə göz qoyur, sizdən öyrənirlər. Sınanmış bir gerçək var ki, uşaq eşitdiyini yox, gördüyünü götürür. Əgər siz övladınıza söz verib yerinə yetirməmisinizsə, onunla dürüstlükdən, mərdlikdən, ədalətli olmaqdan Ardı »

Ümumi PsixologiyaGülüş psixologiyası

Hər kəsin özünə məxsus jestləri və hərəkətləri vardır. Buna gülüş də daxildir. Sizin necə gülümsəmənizdən asılı olmayaraq sizin gülüşünüzdə xarakterinizin də rolu var.

Siz gülərkən çənənizdən tutursuz?
Bu o deməkdir ki, sizin yaşınız neçə olursa olsun sizin xarakteriniz gənclik cizgilərini özündə qoruyur. Bəlkə də bu səbəbdən bəzən çox düşünmədən addım atıb, qərar qəbul edirsiniz.

Siz gülərkən əlinizlə ağzınızı tutursunuz?
Əgər belədirsə o zaman siz özünüzə inanmırsınız. Tez-tez utanırsız, kənarda qalmağı üstün tutursunuz. Sizə məsləhət: özünüzü aciz, aşağı səviyyədən analiz etməyin və ifrat dərəcədə özünüzü tənqid etməyin.

Gülərkən başınızı arxaya tərəf aparırsız?
O zaman siz yetəri qədər inamlı, etibarlı bir insansız. Bəzən öz hisslərinizə qapanaraq gözlənilməz addımlar Ardı »