Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ümumi PsixologiyaTəbəssüm kömək edir

Psixoloqlar təbəssümün çətinlikləri aradan qaldıra bilməsi ilə bağlı xalq hikmətini təsdiq edib.
Aparılmış araşdırmalara görə istənilən, hətta qeyri-səmimi mimika belə, stressin öhdəsindən gəlməkdə sizə kömək edə bilər. Xalq hikməti hər bir xoşagəlməz hadisəyə təbəssümlə qatlaşmağı tövsiyə edir.
Bunun hər hansı bir faydası varmı? Doğrudanmı, təbəssüm pis ovqatı aradan qaldırmağa və stressin qarşını almağa kömək edir?

Bunu aydınlaşdırmaq üçün ABŞ-ın Kanzas Universitetinin psixoloqları yüzdən çox könüllü üzərində təcrübə aparmışlar. Onların hər birinə iki cür gülümsəmə öyrətmişlər yalnız ağız əzələlərinin iştirak etdiyi standart gülümsəmə və ağız əzələləri ilə yanaşı, gözətrafı əzələlərin də iştirak etdiyi "əsl", yaxud «səmimi» və ya «Dyuşen təbəssümü». Məşqlərin əsas Ardı »

Ümumi PsixologiyaCızma-qaralar haqqımızda nə deyir?

Bir çox insanlar darıxdırıcı iclaslar zamanı və ya bekarçılıq olanda bloknotunda, adi kağız parçasında naxışlar, şəkillər çəkməyə başlayır. Bu cızma-qaralara diqqət yetirmək lazımdır. Çünki onlar sizin xarakteriniz, əhvalınız haqqında xeyli informasiya verə bilər.
Spirallar, dairələr, dalğavari xətlər

Başqalarının problemləri sizi narahat etmir və ya ümumiyyətlə maraqlandırmır. Çox güman ki, yüngülvarı böhran keçirirsiniz. Bu aralar özünüzdən çıxmamaq və həmsöhbətinizi təhqir etməmək üçün diqqətli olmalısınız.

Güllər, günəş, zəncirlər, hörük şəkilli naxışlar

Kənardan şad-xürrəm görsənsəniz də əhvalınız əslində tam tərsidir. Siz daha çox dostluq və nəvaziş arzusundasınız. Ona görə də insanlar arasında olmaq sizin xeyrinizə olar.

Torlar

Hiss edirsiniz ki, riskli və ya narahat vəziyyətə düşmüsünüz. Sizi incidən və Ardı »

Ümumi PsixologiyaKomandanı motivasiya etməyin 5 yolu

Əgər komanda hər zaman motivasiyalı olsa müvəffəqiyyət qazanmaq daha asan olar. Motivasiya komanda yaratmağın və effektiv komanda işinin təməl hissəsidir. Komandanı daima motivasiyada saxlamaq istəyirsənsə, aşağıdakı məsləhətlərdən istifadə edə bilərsən :

1. Qarşıya aydın məqsədlər qoy
Qarşıya aydın məqsədlər qoyulması iş fəaliyyəti ilə əlaqələndirilməlidir və motivasiyanın əsas mənbəyidir – bu işə olan maraqla bağlı yaranan motivasiyadır. Aydın və xüsusi məqsədlər daha çox məhsuldar olmağa və daha yaxşı komanda işinə səbəb olur. Buna görə də istənilən anlaşılmazlıqdan boyun qaçırmaq məqsədilə işin tamamlanması üçün komandanın qarşısına son tarixlə birgə aydın məqsədlər qoy.

2. İnsanlara səlahiyyət ver
Komanda üzvlərinin inkişafı kommunikasiya, açıqlıq və qərar qəbul edilməsində komanda Ardı »

Ümumi PsixologiyaBir..

Bir ağac bir meşənin başlanğıcı ola bilər.
Bir quş, baharın müjdəçisi ola bilər.
Bir gülümsəmə bir dostluğu başlada bilər.
Bir qucaqlaşma əhvalınızı yüksəldə bilər
Bir ulduz, dənizdə bir gəmiyə yön göstərə bilər.
Bir tək söz, böyük bir idealı izah edə bilər.
Bir zərrə günəş işığı, bir otağı işıqlandıra bilər.
Bir şam, qaranlığı yırta bilər.
Bir gülüş, hüznü fəth edə bilər.
Bir addım, uzun bir səfəri başlada bilər.
Bir dua, bir sözlə başlar.
Bir səs, müdrikliklə danışa bilər.
Bir ürək həqiqət olanı anlaya bilər.
Bir həyat çox şeyi dəyişdirə bilər.
Gördüyün kimi.
Hər şey sənə bağlı!..
Nə qədər əhəmiyyətli olduğunuzu heç vaxt unutmayın! Ardı »

Ümumi PsixologiyaDuyğular və qavrayışlar

Sensor -perseptiv proseslər
1. Duyğular haqqında ümumi məlumat.
2. Duyğuların növləri və onların xarakteristikası.
3. Duyğuların ümumi qanunauyğunluqları.
4. Qavrayış haqqında ümumi məlumat.
5. Qavrayışın xüsusiyyətləri.
6. Qavrayışın növləri.

1-ci sual. Duyğular fəlsəfə, təbiət elmləri, psixologiya və digər elmlərin ümumi problemidir. Duyğular haqqında ilk təlimlər fəlsəfi biliklər çərçivəsində olmuşdur. İnsan duyğularının qanunauyğunluqları və mənbələrinin öyrənilməsi ilkin olaraq təbiət elmlərinin, astronomiya Ardı »

Ümumi PsixologiyaPsixoloji effektlər

“Romeo və Culyetta” effekti
Valideynlərin və ya başqalarının-klassik dildə desək əğyarın-iki sevən adamı ayırmağa cəhd göstərməsi nəticəsində onların bir-birinə məhəbbətinin artması. Bu fenomeni özümünkiləşdirsək “Leyli və Məcnun” effekti də demək olar.

Şahid effekti
Fenomenin sirri ondan ibarətdir ki, bədbəxt hadisə zamanı ətrafda nə qədər çox adam varsa zərərçəkənə kömək edənlərin sayı bir o qədər artır. Əvvəllər bu əlamət şəhərə mühitindən qaynaqlanan humanistsizləşmə ilə əlaqələndirilsə də sonralar bu effektin hamı üçün keçərli olduğu məlum olub. Hadisə zamanı ətrafda nə qədər çox adam olsa onların hər biri zərərçəkənə başqasının kömək edəcəyini düşünəcək.

Əlçatmazlıq effekti
Bu sosial psixologiya fenomeninin məğzi ondan ibarətdir ki, bir insan özünü nə Ardı »

Ümumi PsixologiyaTemperamentin növləri

Psixoloqlar insanı daha yaxından tanımaq üçün ilk növbədə onun hansı temperament tipinə mənsub olduğunu aydınlaşdırmağı məsləhət görürlər.Bir sözlə insanın xarakterini,xasiyyətini,onun hansı temperamentə malik olmasını müəyyənləşdirirlər.Temperament sözünün latıncadan tərcüməsi "hisslərin lazımı qarşılıqlı nisbəti" deməkdir.Temperament insana irsən xas olan davamlı xüsusiyyətlər toplusudur.Temperamentin formalaşmasına ətraf mühit, həyat tərzi,tərbiyə ciddi təsir göstərir.Xüsusən də uşaq və yeniyetməlik çağlarında bu təsirə daha çox məruz qalırıq.
Psixoloqların fikrincə 4 temperament tipi var:sanqvinik,xolerik,fleqmatik,melanxolik.

Sanqvinik
Bu tipə aid insanlar zirək və diribaş olurlar.Həmişə hara isə tələsirlər,gedirlər, gəlirlər.Oturaq iş onlarlıq deyil.Ətrafda olan heç nə onların diqqətindən kənarda qalmır.Hər şeyə maraq göstərirlər,və onların maraq obyektləri tez-tez dəyişir.Psixoloqların təbirincə desək sanqviniklərin maraqları davamsız və qeyri stabildir.Elə Ardı »

Ümumi PsixologiyaObsessiv - kompulssiv davranış pozğunluğu.

Bir çox adamın həddindən artıq təmizlik, vasvasılıq, nizamlılıq, əşya və ya pul yığma, simmetriyaya əhəmiyyət vermə, qapını nəzarət etmə kimi müxtəlif takıntıları, lazımsız bildiyi halda etmək məcburiyyətində qaldığı davranış və düşüncələri ola bilər. Əksəriyyət zaman bunlar əhəmiyyətli bir zaman itkisinə və ya ciddi bir çətinliyə səbəb olmazlar. Ancaq bəzi şəxslər həddindən artıq və lazımsız olduğunu bildikləri halda bu davranış və düşüncələrini təkrar-təkrar etməyə davam edərlər. Bu vəziyyət əhəmiyyətli dərəcədə zaman itkisinə gətirib çıxarar, diqqət cəlb edən bir çətinlik verər və adamı məcbur etməyə, həyatla, özü ilə və ətrafı ilə əlaqəsini pozmağa başlayarsa, üzərində dayanmaq və bunun ruhi bir problem ola biləcəyini Ardı »