Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ümumi PsixologiyaA.Enşteynin uğur qazanmaqla bağlı qənaətləri

1.Maraqlarınızın arxasınca gedin.
"Mənim xüsusi istedadım yoxdur, ancaq maraqlarımın arxasınca ehtirasla gedən biriyəm."
2.İradə az şey deyil.
"Çox istedadlı olduğuma görə deyil, problemlərlə əlləşməkdən əl çəkmədiyimə görə uğur qazandım."

3.Bu günə fokuslanın.
İki atı eyni anda sürmək mümkün deyil.Nəsə edə bilərsən, ancaq hər şeyi edə bilməzsən.İndiyə fokuslanın və bütün enerjinizi hazırda gördüyünüz işə sərf edin.

4.Xəyallarınız sizə güc verir.
Zəkanın gerçək göstəricisi xəyal gücüdür, məlumat deyil.

5.Səhv edin!
Heç bir səhv etməmiş insan yeni bir şeyə cəhd etməmiş insandır.

6.İndini yaşayın.
Mən gələcəyi heç düşünmürəm, nə də olsa gələcəkdir.

7.Dəyərli olun.
Uğurlu olmağa yox, dəyərli olmağa çalışın.

8.Fərqli nəticələr gözləməyin.
Dəlilik-eyni şeyi dəfələrlə edib fərqli nəticələr gözləməkdir.

9.Bilik təcrübədən doğur.
Bilik məlumat deyil.Bilməyin tək yolu təcrübədir.

10.Qaydaları öyrənin, Ardı »

Ümumi PsixologiyaLetargiya

Çox az-az hallarda eşitdiyimiz letargiya yuxusu kimi məlum olan dəhşətli bir xəstəlik bu günə qədər sirr olaraq qalır. Letargiya yuxusu insan bədəninin yuxuya bənzər, hərəkətsiz vəziyyətdə olması, qıcıqlara cavab verməməsi, dəqiq muayinə zamanı belə aşkarlana bilinməyən həyat funksiyalarının tam itməsi ilə müşahidə olunan halıdır.

İnsanın dərisi solqunlaşır, soyuq olur, sifət cizgiləri kəskinləşir, göz bəbəkləri işığa reaksiya vermir. Bu halda insan huşunu itirir və naməlum müddətə yuxuya gedir. Tənəffüsünü və nəbzini xüsusi tibbi avadanlıqlar olmadan aşkar etmək mümkün olmur. Letargik yuxu bir neçə saatdan bir neçə həftəyə qədər, hətta illərlə davam edir.

Latergiya termini Encaphilitis Lethargica diaqnozundan götürülüb, mənası baş beynin infeksiyası nəticəsində Ardı »

Ümumi PsixologiyaBağışlamağı bacarırsınızmı?

" Sizi incidən insanları əfv edin, dostlarınızı sevin, pisliyə yaxşılıqla cavab verin" - bu fikirlər müqəddəslərdən bizlərə miras kimi qalıb. Əgər bağışlamağı bacarmaq müqəddəslik, alilik hesab olunursa, o zaman fikrimcə bizlər arasında bu cür insanlar çox azdır. Çünki həqiqətən də bizləri incidən, əziyyət verən insanı bağışlamaq çox çətindir. Bunun üçün uzun mənəvi yol keçmək lazımdır.Çox zaman bizlərə elə gəlir ki, pisliyə yaxşılıqla cavab vermək ədalətli deyil. Həm də kim deyir ki, həyat ədalətlidir? Bəziləri bağışlamanı cəsarətli addım, bəziləri isə zəiflik hesab edirlər - hansı ki, onlar intiqam almağa üstünlük verərdilər. Bəs siz bu barədə nə düşünürsünüz? Bağışlamağı bacarırsınızmı? Hansı hərəkəti Ardı »

Ümumi PsixologiyaXroniki yuxusuzluq və gənclər

2008-ci ilin iyul ayında Teksas Universitetinin Elm Mərkəzi “Gənclərin Sağlamlığı Jurnalı”-da nəşr olunan araşdırmaya əsasən, şəxsi problemləri olan gənclər arasında xroniki yuxusuzluq 2-5 dəfə daha çoxdur.

Hyustonda 11-17 yaş arası 3134 gənc arasında aparılan müsahibələr göstərdi ki, onların 25 faizində yuxusuzluğun bir və ya daha çox əlaməti mövcuddur və onların təxminən yarısının uzun müddətdir ki, problemləri var.

Baş tədqiqatçı Robert E. Robertz məsələni belə izah etdi:
“Yuxusuzluq yeniyetmələr arasında həm çox ümumi, həm də xroniki bir hal almışdır. Araşdırma göstərir ki, yuxusuzluğun əlamətləri digər psixiatrik xəstəliklərin əlamətləri ilə müqayisəolunandır. Xroniki yuxusuzluq gələcək sağlamlığa və yeniyetmələrin fəaliyyətinə kəskin surətdə təsir göstərir.”

Yeniyetmələr arasında aparılan 12 aylıq Ardı »

Ümumi PsixologiyaUşaqlarda dırnaq yemə

Dırnaq yemə vərdişinə əksəriyyət uşaqlar 3-4 yaşlarından sonra başlayırlar. (Çox nadir olaraq 5 aylıq kimi erkən bir dövrdə rast gəlinə bilər). Uşaqların 33%-də dırnaq yemə davranışına rast gəlinir.Bu nisbət erkən yetkinlik çağına qədər davam edir.

Yetkinlik çağında dırnaq yeyən uşaqların sayı 40-45%-ə qədər yüksəlir. Yəni yetkinlik çağına doğru uşaqların az qala yarısı dırnaq yemə davranışı göstərir. Bunun səbəbi olaraq gənclərin ətrafdan təsdiq görməmələri ilə qiymətləndirilir. Ayrıca dırnaq yeyən uşaqların ailələrinin çoxunda dırnaq yeyənlərə rast gəlinməkdədir. Bunun içində dırnaq yemənin bir təqlid olduğu və böyükləri təqlid etmək surətiylə öyrənildiyi irəli sürülməkdədir. Yetkinlik çağında ictimai təsdiq görənlərin çoxu bu vərdişi tərk edir.

Dırnaq yemək Ardı »

Ümumi PsixologiyaTəfəkkürün formaları

Təfəkkürün üç forması vardır: məfhumlar, hökmlər, əqli nəticə.
Məfhum (anlayış) – cisim və hadisələrin mühüm, əsas əlamətlərə görə əks etdirilmə­sindən ibarət təfəkkür formasıdır. Məsələn, «mübtəda» məfhumuna cümlədə kimin və ya nəyin haqqında danışıldığını bildirmək əsas əlamət kimi daxildir. Məhz həmin əlamət mübtədanı digər cümlə üzvlərindən fərqləndirir.
Məfhumlar xüsusi, ümumi, konkret və mücərrəd ola bilir. Xüsusi məfhumlar tək, xüsusi bir cismə və ya hadisəyə aid olur. Məsələn, «Günəş», «Bakı» məfhumları xüsusi məfhumlardır. Bu cür məfhumların altında biz yalnız bir əşyanı və ya hadisəni başa düşürük.
Ümumi məfhumlar bir qrup cisim və ya hadisəyə xas olan mühüm əlaməti əks etdirir. Məsələn, «tələbə» məfhumu ümumi məfhumdur. Ardı »

Ümumi PsixologiyaVəziyyətdən çıxmağı bacarırsınız?

Ötən əsrlərlə müqayisədə son illər insanların xarakteri, dünyagörüşü həddən ziyadə mürəkkəbləşib. Bu gün insanları nə iləsə heyrətləndirmək, təəccübləndirmək son dərəcə müşküldür. Eləcə aldatmaq da.
Adamların xarakteri, düşüncə tərzi hətta o qədər mürəkkəbləşib ki, psixologiya elmində uzun illər birmənalı şəkildə qəbul edilən insanın temperament tipinə də təsir göstərib. İnsanı daha yaxından tanımaq üçün ilk növbədə onun hansı temperament tipinə mənsub olduğunu aydınlaşdırmağı məsləhət görən psixoloqlar özləri artıq tərəddüd içindədirlər.
"İnsanın xarakterini, xasiyyətini onun hansı temperament tipinə mənsub olduğu müəyyənləşdirir" fikrini sübut etməyə çalışan psixoloqların bu barədə fikirləri ilə tanış olaq. Əvvəlcə nəzərinizə çatdıraq ki, temperament sözünün latıncadan tərcüməsi "hisslərin lazımi qarşılıqlı nisbəti" Ardı »

Ümumi PsixologiyaYaponiyalı iş adamı Keniçi Omaenin 4 məsləhəti

1. Düzgün cavab mövcud deyil.Kenichi Omae
İndiki dünyanı fərqləndirən cəhət düzgün cavabların mövcud olmamağındadır. Heç kim düzgün cavabı bilmir. Beləliklə, heç kim biznes qurmağın hansı yollarının düzgün olduğunu bilmir, sadəcə uğurlu və ya uğursuz cəhdlər var. Siz sadəcə heç kəsin ağlına gələ bilməyəcəyi cavabı taparaq fərqlənə bilərsiniz.

Məsələ bundadır ki, insanlar dəyər verildiyi işlərlə məşğuldular. Və indi düşünmə, analiz etmə və nəticə çıxartmaq qabiliyyətinə dəyər verilir. Real həyatda cavabı bilmək mənasızdır. Siz qepotiza qurub onu sübut etməyə çalışacaqsınız sonra bu qepotizaya uyğun model yaradıb onu həyata keçirəcəksiniz.

2. Əsas insanlardır!
Bütün resursların arasında ən vacibi insandır. Məsələn, Yaponiyanı götürək. Yaponiya bir adada yerləşən və Ardı »