Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ümumi PsixologiyaBədbinlik

Ağrı-acılı və şirin xatirələrlə dolu olan həyat insanın qısa ömrünü əhatə edir. O hər cür çətinliklə qarşılaşır və bu inkar olunmaz həqiqət əsasında da insanın həyatı daim çətinlikdə və ya asayişdə olur. Biz həyatın qanunlarını ürəyimiz istədiyi kimi dəyişə bilmərik, lakin həyatla yaxından tanış olduqdan sonra, yaşadığımız dünyada bizi əhatə edən varlıqlara müsbət münasibət bəsləyib orada mövcud olan və hər birinin öz əsrarəngiz sirr və gözəlliyi olan məxluqata qarşı yönələn mənfi münasibətləri aradan qaldıra bilərik. Yaxud əksinə olaraq varlıqların gözəlliklərini unudub diqqətimizi onların mənfi xüsusiyyətlərinə də cəlb edə bilərik. Bir sözlə hər bir insan öz tərzi-təfəkkürünü istədiyi istiqamətə yönəldib dünyanı öz Ardı »

Ümumi PsixologiyaSəhvlərinizi qəbul etmək

Bu məqalənin mövzusu bizi irəli addımlamağa imkan verməyən və fərdi inkşafın ən böyük maneəsi- “mən həmişə düzəm” ifadəsi haqdadır.“

...yenə də mən düzəm” bir çox konfliktlərin, əsəb pozğunluqlarının və buna bənzər bir çox negativ halların səbəbidir. Bir insan belə bir fikir söyləmişdi: “Həqiqət mübahisə zamanı tapılır” mən bu fikirlə tam razı ola bilmərəm, çünki mübahisə zamanı iki tərəfin yalnız öz mövqeyini hər cür yolarla sübut etməsi nəticəsində heç bir həqiqət ortaya çıxmır. Amma əgər hər iki tərəf həqiqət axtarışında olsalar və bir-birini dinləyərək ortaq məxrəcə gələ bilsələr, onlar istədiyi nəticəyə əldə edə bilərlər.

Bir çox insanlar mübahisə etdiyi zaman öz mövqeyini səhv Ardı »

Ümumi PsixologiyaGizli istedadınız var?

Psixoloqlar iddia edir ki, hər uşaq dahidir. Vunderkind heç də qeyri-adi bir insan deyil, sadəcə, bəzi valideynlər övladının hər bir bacarığını görür və buna önəm verir, bəziləri isə əksinə, ona gülür və əhəmiyyət vermir. Nəticə etibarilə ailədə qayğı görən uşaqlar dahi olur, diqqətsizliklə üzləşənlər isə təslim olur və onlarda kompleks yaranmağa başlayır. İstedadı inkişaf etdirmədikcə o, yaddan çıxır, yada düşəndə isə artıq müəyyən yaşa çatmış insanlar utanmağa başlayır. Bəs sizin gizli istedadınız var? Onlar sizə yardım edir, yoxsa mane olur? Bu suallara test vasitəsilə cavab tapmağa çalışın.

1.Yuxuda tez-tez uçursunuz?
a)heç vaxt
b)altı aydanbir
c)həmişə

2.Evdə işlə məşğul olduqda, eyni zamanda
a)evdəkilərə hirslənirsiniz
b)soyuq şirə içirsiniz
c)rəqs edir və Ardı »

Ümumi PsixologiyaPsixologiya elminin inkişaf mərhələləri

Psixologiya elmi öz inkişafında müxtəlif mərhələlərdən keçmişdir. Bunlar aşağıdakılardan ibarətdir:
Elməqədərki I mərhələ. Qədim dövrdən başlayaraq bizim eradan əvvəlki VII-VI əsrlərə qədərki dövrü əhatə edir. Bu dövrdə ruh (psixika) haqqında təsəvvürlər çoxsaylı mif və əfsanələrdə, nağıl və ilkin dini inamlarda, totemlərdə öz əksini tapmışdır.
İlkin elmi təsəvvürlər (ikinci mərhələ). Bu dövr eramızdan əvvəl VII-VI əsrlərdən başlayaraq XVIII əsrin sonuna qədər olan dövrü əhatə edir. Bu dövrdə psixologiya elmi fəlsəfənin tərkibində inkişaf etmişdir. II mərhələnin başa çatması ilə bağlı psixoloji ədəbiyyatda fikir və mövqelər fərq­lidir. Kimi ilk psixologiya məktəbinin - assosionizmin yaranmasıyla (XVIII əsrin sonları), kimi də fəlsəfə və təbiət elmlərindən fərqli psixologiya Ardı »

Ümumi PsixologiyaKiçik qrupların fenomenologiyası və strukturu

Psixologiyada fenomenologiya anlayışı altında hər hansı bir konkret obyekt üçün xarakterik olan əsas hadisələr barədə təsəvvür və izahatlar nəzərdə tutulur. Bu baxımdan kiçik qrupların da özünəməxsus fenomenologiyası vardır. İndi kiçik qruplar üçün xarakterik olan fenomenləri və əsas elmi anlayışları qısaca olaraq nəzərdən keçirək.
Sosial-psixoloji tədqiqatlardan məlum olduğu kimi, eyni bir qrup üzvü onlar üçün xarakterik olan münasibətlər sistemində eyni vəziyyətdə olmurlar. R.S.Nemovun qeyd etdiyi kimi, kiçik qrupların üzvləri qrupdaxili münasibətlər strukturunda özlərinin mövqeləri, statusları, daxili yönəlişlikləri, rollarına malik olurlar. Ona görə də R.S.Nemov hər bir adamın qrupdaxili münasibətlər strukturundakı yerini müəyyənləşdirmək üçün həmin anlayışlardan istifadə edildiyini qeyd edir.
Bütün bunlarla yanaşı Ardı »

Ümumi PsixologiyaEtiraz etmək psixologiyası

Cahiliyyə cəmiyyətində insanların böyük əksəriyyəti hər hansi bir insanin sözü və davranışı onlari hirsləndirdiyində evin və şkafların qapılarını çirpmaq, qarşısındakı insana soyuq davranmaq, danışmamaq, özləri üçün hazırlanan yeməyi yeməmək, edilməsi lazım olan işi etməmək kimi hərəkətləri heç çəkinmədən edə bilirlər. Quran əxlaqınıb ilən insanlar isə bu davranışların mömin əxlaqına yaraşmadığını bildiklərindən bu tərz hərəkətlərə yol vermirlər. Səmimi imana sahib olmayan bəzi insanlar isə, Quran əxlaqına uyğun olmadığını bilə-bilə etirazlarina davam etməkdən çəkinmirlər. Amma bunu o qədər də biruzə vermirlər, daha çox kobud, sakit, səssiz davranışlar edirlər. Belə ruh halında olan insan ona bir sual verildiyində düz və dolğun bir cavab vermir.
Bəzən Ardı »

Ümumi PsixologiyaTemperament və xarakter

El arasında belə bir deyim var. Soruşanda qardaşın necə adamdır, ağıllı adamlar cavab verir ki, yol yoldaşı olmamışam.
Psixoloqlar isə insanı daha yaxından tanımaq üçün ilk növbədə onun hansı temperament tipinə mənsub olduğunu aydınlaşdırmağı məsləhət görürlər. Bir sözlə, insanın xarakterini, xasiyyətini onun hansı temperamentə malik olması müəyyənləşdirir. Nəzərinizə çatdıraq ki, temperament sözünün latıncadan tərcüməsi "hisslərin lazımi qarşılıqlı nisbəti" deməkdir.

Temperament insana irsən xas olan, davamlı xüsusiyyətlər toplusudur. Psixoloqlar temperamentə belə tərif vermələrinə baxmayaraq, özləri də etiraf edirlər ki, bunu birmənalı şəkildə qəbul eləmək olmaz. Temperamentin formalaşmasına ətraf mühit, həyat tərzi, tərbiyə ciddi təsir göstərir. Xüsusən də uşaq və yeniyetməlik çağlarında bu təsirə Ardı »

Ümumi PsixologiyaQaçılmaz həqiqət - yaşlılıq

Heç kim yaşlanmaq istəmir
İstər cavan, istərsə də yaşlı, hamı uzunömürlü olmaq, çox yaşamaq istəyir. Heç kəs qocalmaq istəmir. Gənclik dövründə insana elə gəlir ki, qocalığa hələ çox var. Yaşlılıq dönəmində isə bu, keçən illərə heyfsilənmə kimi özünü göstərir. Yəqin elə buna görə, gənclər gələcəklərindən, yaşlılar isə keçmişlərindən danışmağı sevirlər.

Elmin, qıdalanma və yaşayış səviyyəsinin inkişafı insan ömrünün əvvəlki illərdə yaşayanlara nisbətən daha uzun olmasına səbəb olmuşdur. Dünya Səhiyyə Təşkilatı qocalığın orta yaş sərhədini 60 yaş olaraq qeyd etsə də, ehtiyac hiss edilən bəzi peşələr üçün məcburi təqaüd yaşı 65-67 olaraq qeyd edilir.

Bunlar yenə də sabit deyildir. Xüsusilə 70-80 yaşında hələ də xalqına Ardı »