Maraqli Hekayeler → BUDA ANALARMIZA HESR OLSUN.
"Yuxun şirin olsun" - deyərdin mənə,
"Yuxun şirin olsun" - deyimmi sənə?
Gərək mən başına dönəm-dolanım,
Məni həyat üçün yatıran anam,
Söylə ölümçün
Necə yatırım Səni mən bu gün? Bu necə dünyadır, anlamıram mən,
Cilvəsi cürbəcür, rəngi cürbəcür
Dünən nəfəsiylə səni isidən
Bu gün buza dönüb, daşa dönübdür. Bu necə dünyadır,
İnsan oğlunun
Xəyalı göydədir, özü yerdədir,
Sağ ikən çiynində həyatın yükü,
Öləndə cəsədi çiyinlərdədir...
Bu necə dünyadır, bu necə dünya, Ölümü həqiqət, həyatı röya. Dərdimin, qəmimin səndin ortağı, .
Niyə üz döndərdin, bəs niyə məndən?
"Dərdin mənə gəlsin!" - deyərdin axı,
Niyə dərd caladın dərdimə bəs sən?.. Anam, heç kəs səni incitməmişdir,
Mən səni,
mən səni incidən qədər.
İndi kimə açım dərdimi bir-bir,
Kim mənim dərdimə yanar sən qədər? Evin Ardı »