Maraqli Hekayeler → Sənə izah edə bilmədiyim duyğularım (3-cü bölüm)

Qol saatına nəzər saldı. 2-dən xeyli keçmişdi. Başını qaldırıb gecənin qaranlığında sayrışan ulduzlara baxdı.Əyləşdiyi skamyanın söykənəcəyinə kürəyini verib qollarını sinəsində çarpazlaşdırdı.Sakitlik hökm sürürdü ətrafda. Bir xeyli oturduqdan sonra qalxıb evə getməyə qərar verdi.
Yolun bomboş olduğunu görüb keçməyə başladı.Birdən yanında maşın peyda oldu.Gənc və yaraşıqlı adam şüşəni aşağı endirib onu başdan-aşağı süzüb əminliklə gülümsədi.
-Əyləşin, sizi evə aparım.
Başını yüngülcə tərpədərək arxa qapını açaraq salona daxil oldu.Qısaca ünvanı bildirdi. Maşın yollara düşdü. Başını şüşəyə dayadı. Balaca güzgüdən ona zillənən maraq dolu baxışları sezsə də, əhəmiyyyət vermirdi.
Çantasından pul çıxardıb uzadanda qəbul edilmədi. Heç nə demədən maşından düşüb başını qaldıraraq yaşadığı evinə baxdı. Maşın yerindən tərpənmədiyini Ardı »