Maraqli Hekayeler → Borcum nə qədərdir?
Soyuq bir qış gecəsində evə dönərkən, sərxoşa bənzəyən bir adam gördüm. Bir sağa bir sola çapalayırdı və yanındakı dirəyə sarılmışdı.
Bir vitrinə baxırmış kimi edərək göz ucuyla onu seyr etdim. Yaşı 30-dan çox olardı. Ona tərəf bir az daha yaxınlaşdım. Üstü-başı son dərəcə təmiz idi. Yanından keçən bəzi kəslər, yüksək səslə danışaraq içki içmənin pisliyindən bəhs edir, bəziləri də lağ edib gülürdülər.
Yavaşca yanına gedib:
- Yaxşısınızmı? -deyə soruşdum. Bir ehtiyacınız varmı?
Dodaqlarından, iniltiyə bənzəyən tək bir söz çıxdı:
- Xəstəyəm!..
Yerə yıxılmaması üçün, bir qolumu belinə dolayaraq taksi gözləməyə başladım. Axşam vaxtlarında kəsilən qar təkrar yağmağa başlamış və yavaş-yavaş buzlanmağa başlayan yollarda, bir-biriylə yarışan küçə Ardı »