Maraqli Hekayeler → Həyatınız seçdiyiniz qadındır
Harun Rəşid döyüşdə əsir aldığı düşmən Generala :
-Həyatını bağışlayaram, amma bir şərtim var, deyir.
Bir sualıma cavab tapmalısan. «Qadınlar həyatda ən çox nə istər?» — budur bilmək istədiyim. Bu sualın cavabını gətir, qurtar kəlləni.- deyir.
General bu çətin sualın cavabını axtarmağa başlayır və dağda yaşayan bir cadugərin bunu bildiyini öyrənir. Günlərlə cadudərin evinə yol gedir və nəhayət onu tapıb bu sualın cavabını soruşur:
-Qadınlar həyatda ən çox nə istər?
Qorxunc cadugər cavab üçün elə bir şərt qoyur ki, General tərəddüd içində qalır...
-Evlən mənimlə!!! O zaman öyrənərsən ancaq istədiyini…
General bu ölümcül təklifi qəbul edir və doğru cavabı alar-almaz qaçır Harun Rəşidə və Ardı »