Maraqli Hekayeler → Həyata təkcə öz pəncərənizdən baxmayın..
-Aygünə nə olub? Sanki küsüb,əvvəlki kimi deyib gülmür...
-Yeniyetməlik problemləridir.Vaxt keçdikcə hər şey öz qaydasına düşəcək.Biz də bir vaxtlar eyni problemləri yaşamadıqmı?..
-Nərgiz xala,Aygünlə tez-tez söhbət edirsinizmi?
-Bu necə sualdır,əlbəttə edirik.
-Yox,elə demək istmədim.Yəni,o hisslərini sizinlə bölüşürmü?
-Mən belə şeyləri başa düşmürəm,ancaq onu bilirəm ki,atası son vaxtlar onu tez-tez danlayır.Aygün də bəzi işləri bizdən xəbərsiz görür.Atası xəbər tutsa,heç bilmirəm necə olacaq.
Aygün orta məktəbin onuncu sinifində oxuyur.Universitetə hazırlaşmaq üçün hazırlıq kursuna gedir.Ailəsi də onun imtahanlara yaxşı hazırlaşması üçün əlindən gələni edir.Ancaq son vaxtlar Aygün özünü çox narahat hiss edir.Bir tərəfdən yeniyetməlik problemləri,bir tərəfdən də stress onu rahat buraxmır.Tez-tez əsəbiləşir,bəzən də yoldaşlarının təsiri altına düşür.Atası onu kursa göndərdiyi Ardı »