Maraqlı Melumatlar → Kulinariya kəşfləri
Makaron
Makaronun ilk dəfə harada hazırlandığı bu gün də mübahisəlidir. Çin, Yaponiya, Fransa və İtaliyanın da daxil olduğu bir çox ölkələr bu icada iddiaçıdırlar. Bəzi mənbələrə əsasən makaronun 13-cü əsrdə İtaliyaya Marko Polo tərəfindən gətirildiyi güman edilir. Dəqiq olan isə yalnız budur ki, Avropada makaron ilk dəfə 15-ci əsrin əvvəlində İtaliyada istehsal olunmuşdur.
Səndviç
İngilis əsilzadəsi Səndviç bilyard oyununa hədsiz aludə idi. O, bu oyunu o qədər sevirdi ki, ona fasilə verib nahar belə etmək istəmirdi. 1762-ci ildə Səndviçin mahir aşpazı onun bilyard oyununa fasilə vermədən yeyə biləcəyi ləzzətli bir yemək növü hazırladı. Bu yemək iki çörək parçasının arasına qoyulmuş kərə Ardı »