Maraqlı Melumatlar → Soyuducudakı pis qoxudan necə qurtulmaq olar?
Soyuducudakı pis qoxudan qurtulmaq üçün ilk öncə onun donunu açıb, silib təmizləmək, sonra isə yeni soyuducu kimi, ona bir neçə saat ərzində “istirahət etməyə” imkan vermək lazımdır. İldə bir dəfə soyuducunu tam olaraq təmizləmək, ayda və ya iki həftədən bir isə onun bütün rəflərini yuyub, qapısını və ona taxılmış rezini silmək tövsiyə edilir.
Təmiz soyuducunun divarlarını və rəflərini nəmləndirilmiş soda tozu ilə yaxşıca silmək, sonra isə bir daha üstündən quru dəsmal ilə təmizləmək lazımdır.
Alternativ vasitə kimi naşatır spirtindən də istifadə edə bilərsiniz (bu xüsusən yeni soyuducular üçün məsləhət görülür). Bu vasitəni istifadə etdikdən sonra soyuducu ən azı bir gün ağzı açıq vəziyyətdə Ardı »