Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı MelumatlarÇay növləri

Assam - 1830 – cu illərdə Hindistanın şimal – şərqi vilayətlərindən biri olan Assamda şotlandiyalı Robert Bryus tərəfindən kəşf edilib. Tünd rəngi və xoş iyi var.

Seylon — Şri – Lankadan gələn çaylardır. Seylon çaylarının keyfiyyəti onun hansı yüksəklikdə yetişməsindən asılı olaraq dəyişir.Seylon dunyanın ən dadlı çaylarından sayılır. Ətri xoş və cəlbedicidir.

Darjeeling - Dünyanın ən keyfiyyətli çaylarından biridir. Nepal yaxınlığındakı dağların zirvələrində yetişir. Darjeelingin dadı daha çox qarağat dadına bənzəyir.

Earl Grey - Darjeeling, Seylon və Assam çaylarından birinin berqamont yağı ilə qarışığından hazırlanır.

Formosa Oolong -İyi şaftalını xatırladır. Tayvanda yetişir.
Gunpowder – Yaşıl çay növlərindən biridir. Çində yetişir. Zərif dadı və ətri Ardı »

Maraqlı MelumatlarYağışda qaçmaq, ya normal yerimək?

Yağış yağarkən qaçanların daha çox islanacağını iddia edən, insanı yağışda yellənə yellənə gəzməyə çağıran bir görüş ilə heç bir şey fərq etməyəcəyini iddia edən bir başqa görüş ortada dolanıb dayanmaqdadır.

Heç bir şey dəyişməyəcəyini söyləyənlərin fikirinə görə bədəninizin bir düzbucaqlı olduğunu və yağış damlalarının yerə dik düşdüyünü fərz edək. İstər bir yüz metrçi kimi sürətli qaçın, istərsə yellənərək gedin bir şey fərq etməz. Sürətinizə bağlı olmadan bədəninizə düşən yağış dənəsi sayı eyni qalar. Qaçdıqca ön tərəfinizə bir saniyədə daha çox yağış dənəsi isabət edəcək amma müddət qısaldığından cəmi ədəd və nəticə dəyişməyəcək.

yağışds qaçaq yoxsa sakitcə gəzək?
'Yağışda yavaş hərəkət edin' deyənlər Ardı »

Maraqlı MelumatlarUşaq əlləri bizə nə deyir?

Hamıda toppuş uşaq əlləri şirin və mərhəmət dolu hisslər yaradır. Ah, bu köklükdən qat-qat duran əllər! Amma sən demə uşaq əllərinə baxıb, çox şey demək olar. Sadəcə uşağınızın özünə və əllərinə diqqətlə baxsanız, inanın ki, uşağın xarakteri barədə çox şey öyrənərsiniz.
Yumşaq uşaq əlləri- sakit, sözəbaxan uşaqlarda olur. Belə uşaq tənbəlliyə meyillidir və həyatda dəqiq gün rejiminə və nizam-intizama tabe olur.
Bərk uşaq əlləri- güclü iradə və möhkəm xarakter vəd edir. Ancaq bu uşaqlarda eqoizim, şöhrətpərəstlik və özündən razı olmaq kimi xüsusiyyətlərin yaranma təhlükəsi böyükdür.
Adətən uşaqlar əlləri yumruq şəklində sıxaraq yatırlar. Əgər uşaq baş barmağını yumruqlarının arasında gizlədibsə, demək ətraf mühit bu uşağa Ardı »

Maraqlı MelumatlarXarakterimizi əks etdirən yatmaq pozası

Yatmaq şəklimiz bizim ətraf aləmə olan münasibətimizi əks etdirir. Psixoloqların sözlərinə görə, insan yuxuda öz davranışlarına nəzarət edə bilmir. Əgər siz müəyyən bir pozada yatsanız belə, yuxudan mütləq xarakterinizi əks etdirən formada oyanacaqsınız. Son yuxu araşdırmasını britaniyalı alimlər aparıblar. Professor Robert Fillipsin sözlərinə görə, 6 əsas yuxu pozası var. Onlardan ən çox yayılan embrion formasıdır.

a) Embrion
Ana bətnindəki kimi qıvrılaraq yatmaq insanın həssas bir qəlbə malik olduğunu göstərir. Belə yatan insanlar ilk görüşdə utancaq olsalar da qısa zamanda rahatlayırlar. Araşdırmalarda iştirak edən 1000 nəfərdən 41% bu şəkildə yatıb. Bu pozisiyada xüsusilə qadınlar daha çox yatırlar.

b) Dik yatış
Sol böyrü üstündə qollar Ardı »

Maraqlı MelumatlarXoruzların səhər banlamasının səbəbi öyrənilib.

Yaponiyanın Naqoya Universitetinin əməkdaşları Suyoşi Şimmura və Takaşi Yoşimura xoruzların səhərin açılmasını necə öyrəndiklərini araşdırıb. Araşdırma çərçivəsində bir neçə xoruz içinə kamera yerləşdirilmiş qaranlıq otaqda saxlanılıb.
Bu zaman xoruzlar günün bütün vaxtı banlasa da, çoxu Günəş doğarkən banlayıb. Günəş işığı görmədən 2 həftə qaranlıq otaqda saxlanılan xoruzların bioloji ritmləri getdikcə pozulub və onlar daha az banlamağa başlayıblar.

Daha 2 həftə qaranlıq otaqda qalan xoruzlar 24 saatlıq bioloji ritmlərini tamamilə itirib və nəticədə Günəşin çıxmasını ayırd edə bilməyiblər. Ümumilikdə, 1 aya yaxın qaranlıq otaqda saxlanılan xoruzların işıq görmədikləri üçün bioloji ritmlərinin tam pozulduğu məlum olub. Bu ritmin yenidən işə düşməsi üçün xoruzların işığa ehtiyac Ardı »

Maraqlı MelumatlarTest, Braziliya, Jurnal

Test

KəlməbazLatın dilində “testum” adətən gildən hazırlanan odadavamlı qaba deyilirdi. Qədim zamanlarda qızıl və gümüş indiki kimi qiymətli daşlar hesab olunurdular və onların xalisliyini yoxlamaq insanlar üçün çox vacib idi. Ticarət zamanı sikkələrin xalis daşlardan düzəldildiyini yoxlamaq üçün onlardan bir nümunəni “testum” adlanan qablarda əridir və ayrılan məhlulları ölçürdülər. Sonradan bu kəlmə “test” şəklini aldı və bütün növ qiymətləndirmələrə şamil olundu.

Braziliya

Portuqaliyalı səyyah Pedru Kabral XVI əsrdə Braziliyanı kəşf edərkən oranı Həqiqi Xaç Torpağı (portuqalca Terra da Vera Cruz) adlandırmışdı. Sonradan bu ərazilər Müqəddəs Xaç Torpağı (port. Terra da Santa Cruz) kimi tanındı. Amma tarixdə ərazinin adı Brazil Torpağı (port. Terra Ardı »

Maraqlı MelumatlarAnonymous

2008-ci ildən başlayaraq söz azadlığı uğrunda mübarizə şüarı altında saytlara kiberhücumların sayı artır.Bu hücumların qurbanı bütün dünyadakı iri müəssisələr, hökumətlər və hətta Vatikan olub. Hücumların məsuliyyətini Anonymous adlı hərəkat öz üzərinə götürüb. Bu hərəkatda heç bir ierarxiya mövcud deyil, iştirakçılar isə cidd-cəhdlə kim olduqlarını gizləyirlər. Bu gün hərəkat siyasətin sərhədinə çox yaxınlaşıb və ən müxtəlif narazılıqların əksi kimi çıxış edir.

Kimdir onlar?
Onlar gizlənirlər, heç bir ierarxiya tanımırlar, tabe olmurlar və ümumiyyətlə rəsmi şəkildə mövcud deyillər – Anonymous-un dəqiq xarakteristikasını göstərmək asan məsələ deyil. Bu, nə siyasi partiyadır, nə də assosiasiya. Hərəkat ümumi ideya (internetdə söz azadlığının müdafiəsi) ətrafında yaranıb və hazırda Ardı »

Maraqlı MelumatlarSiz də misofoniyasız? - ƏLAMƏTLƏR

Siz də misofoniyasız? - ƏLAMƏTLƏR

Beyaz.Az lent.az-a istinadən bildirir ki, ggər siz də bu səslərdən narahat olursuzsa...

Yemək yeyərkən ağzını marçıldadanlara əsəbləşirsiz,

Biri saqqız çeynəyərkən çıxardığı səs sizi qcıqlandırır,

Tez-tez dərindən nəfəs alıb verənlərə əsəbləşirsiz,

Çayı, qəhvəni höpürdədərək içənlər sizi narahat edir,

Qarşınızda alma, xiyar yeyilərkən çıxan səslər sizi özünüzdən çıxarır,

Tum çırtlayanda və çips yeyərkən çıxan səs sizi narahat edirsə, deməli siz də misofoniyadan əziyyət çəkirsiz.

Misofoniya psixoloji bir narahatlıq olaraq, səslərə qarşı həddən çox həssaslıq, ya da bəzi səslərdən nifrət etmə halı kimi tamamlanır. Ardı »