Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı MelumatlarSiluet, Bank və bankrot, Kalkulyator

Siluet

Hüdudları aydın nəzərə çarpan insanın, obyektin və ya səhnənin təkrəngli, adətən, qara, şəklinə siluet deyilir. Bu sözün bu mənada işlədilməsi 1759-cu ildə Fransanın maliyyə naziri olmuş Etyen Siluetin soyadı ilə bağlıdır. Belə ki, həmin ərəfədə Avropanı qana bulamış yeddiillik müharibə zamanı Fransa maliyyə böhranı yaşayırdı və nazir Siluet vəziyyətdən çıxış yolunu müxtəlif islahatların həyata keçirilməsində gördü. Bu islahatlara kral ailəsinin və sarayın xərclərinin və təqaüdlərin azaldılması daxil idi. İslahatlar hakim və zəngin təbəqə tərəfindən xoş qarşılanmamışdı və nazirin nüfuzuna mənfi təsir göstərmişdi. Həmin dövrdə qara kağızdan kəsilmiş şəkillərin bəyaz kağız üzərinə yapışdırılmasından ibarət olan yeni incəsənət növü meydana gəldi. Ardı »

Maraqlı MelumatlarXX əsrin ən böyük 15 cinayəti

1932-ci ildə Atlantik okeanını tək keçən ilk amerikan pilot Çarlz Lindberqin 20 aylıq oğlu qaçırılıb. Aylarla aparılan araşdırmalardan sonra uşaq sərt alətlə döyülərək öldürülmüş halda tapılıb. Cinayətlə bağlı iki nəfər edam olunub.

1911-ci ildə “Mona Liza” Luvr muzeyindən oğurlanıb. Hamı “Mona Liza”nın məhv edildiyini düşünsə də, əsər 3 il sonra İtaliyada tapılıb. Vinçenzo Perugi onu satmağa cəhd edərkən yaxalanıb. “Mono Liza” muzeyə qaytarılıb.

15 yanvar 1947-ci ildə belindən iki yerə bölünmüş qadın cəsədi tapılıb. 22 yaşlı kaliforniyalı gənc qızın üzünün bəzi hissələri də oyulmuş olub. Aktrisa olmaq istəyən Şort məqsədinə çata bilmədiyi üçün ofisiant işləməyə başlayıb. Qız Amerika Hava Qüvvələrində xidmət edən bir Ardı »

Maraqlı MelumatlarTİTANİK-"Batmaz gəmi”

15 aprel günü dünyada Titanik faciəsi ilə yadda qalır. Bu nəhəng gəmi 31 mart 1909-cu ildə hazırlanmağa başlanmış, 2 aprel 1912-ci ildə yekunlaşmışdır. 10 aprel 1912-ci ildə Nyu York istiqamətində ilk səfərə çıxan Titanik 15 aprel saat 23.40-da Atlantik okeanında aysberqlə toqquşaraq sulara qərq olmuşdur. 66.000 ton ağırlığı, 269m uzunluğu olan gəminin 2.435 nəfər sərnişini, 892 şəxsi heyəti vardı. Gəmini Harland və Volf tərsanəsi hazırlamışdır, sahibi Uayt Star Layn, kapitanı isə Edvard Smit olmuşdur.Gəmidəki sərnişinləri müxtəlif qruplara aid insanlar olmuşdur.Ən maraqlısı da odur ki,onlardan 57-si dünyanın məşhur neft, kömür, dəmiryol və polad krallarından ibarət milyonçular olmuşlar. Hətta onların arasında 150 Ardı »

Maraqlı MelumatlarTennessee Williams haqqında

Tennessee Williams haqqında

Məşhur oyun yazıçısı Tennessee Williams, 71 yaşında burun spreyi sıxmaq üçün
başını arxaya yatırtdığında, ağızına düşən sprey qapağı boğazına ilişincə
boğularaq öldü. Ardı »

Maraqlı MelumatlarMersedes – Benz simvolunun sirli tərəfləri

Rəsmi məlumatlara əsasən, Mersedes –Benz simvolu üç təbii ünsürə işarədir – Su, torpaq, hava. Amma bu simvolun arxasında başqa mənalar da gizlənir.
Gəlin bu istiqamətdə axtarışlar aparaq və bu simvolun nə demək olduğunu, nə məna daşıdığını araşdıraq.

Simvolu əhatə edən dairə — hərəkət simvolu, yəni-təkər deməkdir. Dairə — həm də sonsuzluq, daim hərəkətdə olmaq, səma, zaman, kainat, aləm, dünya mənasında da ola bilir. Əslində isə, dairə — mifik və dini nöqteyi nəzərindən də daimiliyi xarakterizə edən bir işarədir. Mersedes-Benzin simvolundakı dairənin mənasının, — “bu avtomobilin uzunömürlü və daimi bir brend olacağı”- demək olduğunu deyənlər də çoxdur.


Bəs, dairənin işərisindəki üçguşəli ulduzun mənası Ardı »

Maraqlı MelumatlarSultan Süleyman Qanuninin orqanlarının basdırıldığı yer məlum oldu

1566-cı il sentyabrın 6-da Macarıstanda Ziqetvar qalasının mühasirəsi zamanı şəhid olan Osmanlı Sultanı Süleyman Qanuninin daxili orqanlarının basdırıldığı yer müəyyən edilib.

Mir.Az xəbər verir ki, bunu Ziqetvar qalasının nümayəndəsi Yanos Lebedi deyib.

Onun sözlərinə görə, həmin yerin tapılması üçün təqribən 2 il arxeoloji qazıntılar aparılıb.

Y.Lebedi qeyd edib ki, Ziqetvar şəhəri yaxınlığında 18 yerdə qazıntı işləri aparılıb: “Artıq işlər yalnız bir yerdə cəmləşib. Həmin ərazi qaladan 7 kilometr uzaqlıqdakı üzüm bağlarıdır”. Ardı »

Maraqlı MelumatlarDünya bayraqları və onlar haqqında maraqlı məlumatlar

Sinqapur Sinqapurun dövlət bayrağı 2 bərabər üfüqi zolaqdan ibarətdir: qırmızı və ağ. Qırmızı zolağın solunda aypara və 5 ulduz şəkli təsvir olunub. Sinqapurun bayrağını hazırlayan şəxs To Çin Çaedir. 1965-ci ildə rəsmi olaraq ölkənin milli bayrağı kimi qəbul edilib. Qırmızı rəng insanların ümumi qardaşlığını və bərabərliyini təmsil edir. Ağ rəng paklıq və yaxşılıq rəmzidir. Aypara şəkli gənc və inkişaf edən milləti tərənnüm edir. 5 ulduz isə Sinqapurun ideallarıdır: demokratiya, sülh, inkişaf, ədalət və bərabərlik. Ölçüsü 2:3 nisbətindədir.

Vyetnam Vyetnamın dövlət bayrağı rəsmi qaydada 1955-ci ilin noyabr ayının 30 - da qəbul edilib. Bayrağın mərkəzindəki sarı beşguşəli ulduz Vyetnam Kommunist Partiyasının liderliyini tərənnüm Ardı »

Maraqlı MelumatlarPlüralizm nədir? Tolerantlıq nədir?

Plüralizm sözü axır on il ərzində cəmiyyətimizdə, ictimai həyatımızda tez-tez işlənən sözlərdəndir. Çox vaxt bu sözün əsl mənasına varmadan ondan istifadə edirik. Çox vaxt, onu yalnız istədiyimiz mənada səsləndiririk. Gəlin, ABŞ-ın Kolumbiya Universitetinin professoru Covanni Sartorinin «plüralizm» və onun ayrılmaz hissəsi bildiyi «tolerantlıq» anlayışını necə başa düşdüyünə bir nəzər salaq.

Tarixi nöqteyi-nəzərdən, plüralizm ideyası Avropaya 16-cı və 17-ci əsrlərin dini münaqişələrin nəticəsində tolerantlığın tədricən qəbul edilməsi ilə yanaşı meydana gəldi. Tolerantlıq və plüralizm fərdi anlayışdırlar, lakin onlar bir-birinə çox bağlıdırlar. Tolerantlıq plüralizmin bir şərtidir, yəni tolerant olmayan plüralizm yalançı, saxta plüralizmdir. Bunların arasında fərq ondan ibaratdir ki, tolerantlıq dəyərlərə hörmət edir, plüralizm Ardı »