Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Almaniya Demokratik Respublikası

Almaniya Demokratik Respublikası (ADR, qeyri-rəsmi adı Şərqi Almaniya, Deutsche Demokratische Republik) İkinci Dünya Müharibəsindən sonra Almaniyanın bölünməsi nəticəsində Mərkəzi Avropada yaradılan keçmiş sosialist dövləti. AFR, ÇSSR (indiki Çexiya) və PXR (indiki Polşa) ilə həmsərhədd idi. Şimaldan Baltik dənizi ilə hüdudlanırdı. Sahəsi 108,2 min km., paytaxtı Berlin idi. Əsas şəhərləri Leypsiq, Drezden, Frankfurt-Oder, Erfurt, Rostok və Kotbus sayılırdı. ADR konstitusiyası əvvəlcə 1949-cu il oktyabr ayının 7-də, sonra isə 1968-ci ildə qəbul olunmuşdu. Dövlət hakimiyyətinin ali orqanı əhalinin 5 il müddətinə seçdiyi Xalq Palatası idi. Xalq Palatası Dövlət Şurasının sədrini və üzvlərini, höküməti (Nazirlər Şurası), Milli Müdəfiə Şurasının sədrini, Ali Məhkəmə üzvlərini və Baş prokuroru seçirdi.

1990-cı ildə AFR Almaniya Federativ Respublikası ilə birləşmişdir.


Tarix: 26.02.2015 / 19:13 Müəllif: Feriska Baxılıb: 58 Bölmə: Almaniya tarixi
loading...