Dünya əhalisinin 3 faizi narkomandır
Planetin 7 milyardlıq əhalisinin 210 milyon nəfəri narkotikdən istifadə edir. Narkomanların 47 milyonu Latın Amerikası ölkələrində yaşayır.
Bunu Ümumdünya Səhiyyət Təşkilatının Meksikadakı nümayəndəliyinin rəhbəri Filipp Lami Mexikoda keçirilən konfransda bəyan edib.
ÜST nümayəndəsinin sözlərinə görə, Meksikada narkomanların sayı 1,2 milyon nəfərə çatıb. İnsanların narkotikdən istifadəyə başladığı orta yaş həddi 12-17-dir.
"Son illər narkomanlar QİÇS-ə yoluxma hallarının sayının artmasının əsas səbəbidir.
Ümumi şprislərdən venadaxili istifadə 90 faizədək QİÇS-ə yoluxma ilə nəticələnir", - Filipp Lami bildirib.
Tarix: 09.01.2015 / 12:23 Müəllif: Aziza Baxılıb: 25 Bölmə: Maraqlı Məlumatlar
loading...