Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dərini və saçları gözəlləşdirən qida

İllərdir xolestrolu yüksəltdiyi deyilən yumurta haqqında olan mənfi fikirlər alt üstü olur. Məlumata görə, "Huffington Post" yumurtanın önəmli və bilinməyən faydalarını açıqlayıb.

Belə ki, yumurtanın tərkibindəki kolin adlı maddə ancaq beynin inkişafını dəstəkləməklə qalmır, həm də süd vəzi xərçənginin qarşısını alır.
Yeniyetməlik zamanı müntəzəm olaraq yumurta yemək süd vəzi xərçəngi riskini dəfələrlə aşağı salır. Yumurta protein və luteinlə zəngindir.

Bu maddələr katarakt yaranmasının da qarşısını almağa kömək edir. Gündə bir yumurta kardioloqla görüşünüzü gecikdirə bilər.
Belə ki, bu məhsul infarkt və iflic riskini azaldır.

Bu məhsulun tərkibindəki sulfid B vitaminin qaraciyərdə sovrulmasını asanlaşdırır, saç, dırnaq, dəri gözəlliyi üçün gərəkli olan kollejin, keratin kimi maddələrin istehsalına kömək olur.

6 qram proteində bədənin əzələ quruluşu üçün gərəkli olan amino asitlər var. Əzələlərin inkişafı üçün yumurta əvəzsiz bir nemətdir.
Xüsusilə hamilələr üçün yumurta məsləhətdir, çünki o körpələrin ana bətnində beyin inkişafına müsbət təsir edir.


Tarix: 21.01.2015 / 17:44 Müəllif: Aziza Baxılıb: 56 Bölmə: Qidalanma və Dieta
loading...