Saglamliq → İnsan orqanizminin suya ehtiyacı
Yoqlar hesab edirlər ki, orqanizmin təmizlənməsi vasitələrindən biri sudur. Qəbul olunan suyun (vari pitih) miqdarı insan orqanizminin tələblərinə uyğun olmalıdır. Su həm müalicəvi, həm də gigiyenik əhəmiyyətə malikdir. Su hüceyrələr, toxumalar və bədən mayelərinin (qan, limfa, mədə və bağırsaq şirələri, tüpürcək, öd) əsas hissəsini təşkil edir. Qan dövranında su hüceyrələrə oksigen və qida maddələrini çatdırır və ən güclü həlledici olduğuna görə maddələr mübadiləsi nəticəsində əmələ gələn parçalanma məhsullarını (tullantıları) xaric edir. İnsan orqanizmində su bir çox funksiya yerinə yetirir, buna görə də orqanizmin ona tələbatı çoxdur. Müəyyən edilmişdir ki, bir gün ərzində insanın böyrəkləri, ağciyərləri və dərisi 15 stəkan su ifraz Ardı »