Saglamliq → Siqareti tərgitməyin ən asan yolu
[color=#fe5e5e]Pis alışqanlıq
Bir lətifədə deyilir ki, siqareti atmaq o qədər asandır ki, mən hər gün bir neçə dəfə atıram. Əlbəttə ki, bu bir zarafatdır. Söhbət həmişəlik tərgitməkdən gedirsə, məsələ qəlizləşir. Dünyada elə bir adam tapmaq olmaz ki, bu pis vərdişdən azad olmaq istəməsin. Lakin çox vaxt insanlar onun əsirinə çevrilir və siqaretlə mübarizədə məğlub olurlar. Bəs görəsən, buna səbəb nədir? Çoxsaylı araşdırmalar göstərir ki, insanlar siqaretə modaya uyğunlaşmaq və ya böyüklərə oxşamaq məqsədilə başlayırlar. İlk əvvəl heç kim tüstünü ciyərlərinə almır. Bu o deməkdir ki, təmiz bədən zəhəri qəbul etmək istəmir. Həmin ərəfədə insan elə zənn edir ki, mən siqaret çəkən deyiləm, Ardı »