Saglamliq → Siqaret çəkmə və onun zərərləri
Siqaret tütün bitkisinin qurudulmuş yarpaqlarından hazırlanır. Tütün müxtəlif cür, yəni burunotu kimi, çubuqla çəkilir. Tütün istər trubka, istər müştüklə çəkilsin, istərsə də tütünün yarpaqlarından hazırlanmış uzun və qalın siqaretlərdən istifadə olunsun, bütün bunlar nikotinin insan orqanizminə göstərdiyi zərərli təsirin qarşısını ala bilməz. Tütünün və hər cür siqaretin zərərsiz olanı çəkilməyənidir. Bir sözlə, insan orqanizmi üçün ən zərərli vərdiş, heç şübhəsiz, siqaret çəkməkdir.
Siqaretin tüstüsündə olan maddələrin heç birisinin insan orqanizminə faydası yoxdur, əksinə, hamısı zərərlidir. Ən zərərli olanları isə nikotin, qatran, karbon-monoksid (CO) və xərçəng yarada bilən (kanserogen) maddələrdir.
Təmiz nikotindən tibbi məqsədlər üçün istifadə olunmur və o, zəhərli bir maddə Ardı »