Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SaglamliqŞokolad kişilər üçün faydalıdır

Əvvələr mütəxəssislər hesab edirdilər ki,şokolad hər iki cinsin sağlamlığı üçün faydalı qida elementidir,ancaq son tədqiqatlar daha da kompleks nəticələrin aşkarlanmasına kömək etmişdir.Şotlandiyanın Aberdin universitetindən olan alimlər müəyyən etmişlər ki,şokolada olan sevgidə kişilərin qazancı qadınlara nisbətən daha çoxdur.Təcrübələr seriyası göstərdi ki,kişi orqanizmi şokoladı daha asan mənimsəyir.Bu səbəbdən də onlarda pozitiv effekt daha güclü alınır. Tünd şokolad onları insult və ürək xəstəliklərindən qoruyur və ürək-damar sistemi problemlərini aradan qaldıran bu mühafizə sistemi qadınlara nisbətən kişilərdə daha effektli fəaliyyət göstərir.26 qadın və 16 kişidən ibarət qrup üzərində aparılan tədqiqatlar zamanı müəyyənləşmişdir ki,isti və tünd şokoladın qəbulu hər iki cinsdə eyni dərəcədə qanyaranma və Ardı »

SaglamliqDanışma problemi olanların diqqətinə!

Məlumata görə danışma problemi olanlarda qavrama və öyrənmə qabiliyyəti də aşağı olur. Erkən yaşda fərq edilməyən və ya bilindiyi halda müalicəsinə laqeyd yanaşılan bu problem, uşağın həyatına bir çox istiqamətdə mənfi təsir göstərir.
Ən gec 3 yaşına qədər ciddi danışma problemləri olanlarda zamanla təkcə oxuma-öyrənmə vərdişlərində deyil, ictimai həyatlarında da müxtəlif problemlər olur.
Bu baxımdan Üsküdar Universitetinin Etiler Poliklinikasının mütəxəssisi Leyla Arslan bildirir ki, danışıq problemləri olanlarda nevroloji problemlərlə bərabər bəzi fizioloji problemləri də ola bilər.
Onun sözlərindən aydın olur ki, insan danışmağa doğuşdan meyillidir və buna görə kiçik yaşlarda bəzi üsullarla dil inkişafını düzəltmək olar (Məs: cəmiyyətin simvollarından istifadə edərək və s.).
Danışıqda Ardı »

SaglamliqQazlı içkilər qaraciyər serrozuna səbəb ola bilər

İsveçin Linkopinq Universiteti Xəstəxanasının Qaraciyər Xəstəlikləri şöbəsinin həkimi Sterigois Kechaigias apardığı araşdırmalarda qazlı içkilərin təkibindəki fruktoza qaraciyərin yağlanmasına səbəb olduğunu bunun isə qaraciyər serrozu və ya xərçəngi ilə nəticələndiyini müəyyən etdiyini bildirib.
S. Kechaigias həmçinin qazlı içkilərin diabet, diş çürüməsi, sümük və sinir sistemi xəstəlikləri və nəhayət həzm kimi bir sıra problemlərə də yol açdığını bildirmişdir. Ardı »

SaglamliqSağlamlıq üçün zəruri-çiyələk

[color=#173bd3]Xalq təbabətində çiyələyin meyvəsindən əsasən podaqra və böyrəklərdə daş əmələgəlmə xəstəliyində, yarpaqlarından isə sidikqovucu dərman kimi istifadə edilir. Çiyələk eyni zamanda orqanizmin maddələr mübadiləsini yaxşılaşdırır və həzm olmanı asanlaşdırır, qaraciyərin və öd kisəsinin iltihabmı aradan qaldırır. Çiyələk avitaminoz xəstəliyinə qarşı da yaxşı təsir göstərir.
Çiyələyin qurudulmuş yarpaqlarını moruq meyvəsilə birlikdə çay kimi dəmləyib, soyuqdəymə nəticəsində baş verən xəstəliklərə qarşı tərlədici dərman kimi işlədilir.

Elmi təbabətdə çiyələyin meyvələrindən və yarpaqlarından istifadə olunur. Meyvələrini tam yetişəndə quru havalı gündə toplayıb, günün qabağında və ya çadır altında, yaxud soba üzərində qurudurlar. Yarpaqlarmı bitki çiçəkləyən fazada toplayıb kölgəli yerdə və ya quru havalı binalarda qurudurlar. Qurudulmuş Ardı »

SaglamliqK vitamini

K vitaminin faydaları: Qanın laxtalanmasında əsas rol oynayan K vitamini ispanaqda, balqabaqda, gül kələmdə, kahıda, göy noxudda, qatıqda, yaşıl bibərdə, yumurtanın sarısında daha çoxdur. K vitamini insan bağırsağındakı faydalı bakteriyalar tərəfindən də əmələ gəlir. Bu vitamininin yalnız kiçik bir hissəsi qaraciyərdə saxlanılır.

Orqanizmdə bu vitamin çatışmadıqda qanın laxtalanma xüsusiyyəti azalır. Nəticədə diş ətində, həzm sistemində, sidik yollarında, ağciyər və dəridə qanaxmalar meydana gəlir.

K vitamini normadan artıq olduqda isə qanda laxtalanma, damar tıxanıqlığı, qaraciyərin fəaliyyətinin pozulması kimi fəsadlar ortaya çıxır.

Yeniyetmələrdə gündəlik K vitamini ehtiyacı 80-150 milliqram olmalıdır. Ardı »

SaglamliqAğzınızdan iy gəlirsə, əlbəttə bu sizi narahat edir

[color=#c238dd]Bildiyimiz kimi hər hansı bir qadının və ya kişinin ağzından pis iy gəlməsi hər kəsdə kompleks yarada bilər.

Bizim ilk öncə məsləhətimiz sizlərin istənilən bir nasazlıq zamanı mütləq həkimlə məsləhətləşmənizdi. Lakin olur ki, az bir müddətdə nasazlıqdan azad olmaq lazım gəlir.

Misal üçün bəzən dərman preparatları belə kömək edə bilmir və bu zaman xalq təbabətindən istifadə edilməsi labüd olur. Sizlərə ağız qoxusundan xalq təbabətindən istifadə edərək, azad olmağın yollarını təqdim edirik.

Nanədən istifadə edərək: 1 xörək qaşığı nanənin yarpağını 0,5 litr qaynar suda 1 saat dəmləyin. Sonradan ağzınızı mütəmadi olaraq yaxalayın.

Çobanyastığından istifadə edərək: 2 xörək qaşığı çobanyastığı gülünü 0,5 litr suda 5 dəqiqə od Ardı »

SaglamliqGöbələk və onun xeyiri…

Göbələyin xeyirli xüsusiyyətləri hələ tam araşdırılmayıb, lakin alimlər tərəfindən bu istiqamətdə gərgin işlər gedir. Artıq göbələyin açıqlanmış xüsusiyyətlərini nəzərə alsaq, onu rasionumuza daxil edə bilərik.

Vaxt var idi göbələk ümumiyyətlə lazımsız bir məhsul hesab edilirdi. Lakin hal hazırda bir çoxları məhz göbələyin xeyirli xüsusiyyətlərindən danışır.

Göbələk haqqında nə bilirik?

Qeyd edək ki, göbələyə vegeteriyan xanımlara birbaşa zülal mənbəyidir. Belə ki göbələklər zülal ilə zəngindirlər. Onlarda B vitamini və antioksidantlar böyük həcmdə yer almaqdadırlar.

2500 növ göbələyin bir çoxunda təbii antibiotik, antivirus və soyuqdəyməyə qarşı vasitələr vardır. Bişmiş və çiy göbələklərin tərkibi erqotionein və antioksidant ilə zəngindir.

Araşdırmalar göstərir ki, göbələk xərçəng ilə mübarizədə, piylənməyə immun azlığı Ardı »

SaglamliqYazılı mənbələr və yoqa təmizləmə üsullarının təsnifatı

[color=#f82e00]Yazılı surətdə əsas kimi qəbul olunmuş və təmizləmə üsullarını təsvir edən Yoqa mənbələri arasında ən dolğunları Qheranda samhita və Hatha-yoqa pradipikadu: Bu mətnlərin o qədər də qədim olmamasına baxmayaraq, onlar ənənəvi mənbələr kimi qəbul olunub.

Müasir hind Yoqa məktəblərinin çap etdiyi kitablarda, həm də Qərb Yoqada şatkarma çox qısa şəkildə verilir. Bu məktəblərdə Yoqam öyrənənlər üçün müəllimdən və ya təcrübəli şagirddən məsləhət almaq imkanı var. Azərbaycanda Yoqa məktəblərinin olmaması ilə əlaqədar mən Yoqa ilə məşğul olanlara təmizləmə üsullarını ətraflı izah edirəm.

Şatkarmanın ümumi qəbul edilmiş siyahısına müxtəlif Yoqa mənbələrində təsvir edilmiş altı təmizləmə proseduru daxil edilmişdir:
Neti (burnun təmizlənməsi).
Dhauti (həzm cihazının təmizlənməsi)
Lauliki Ardı »