Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SaglamliqKeyfiyyətsız hazırlanan saqqız insan orqanizminə ziyandı

Saqqız xüsusi kulinar məmulatı olub, əsasını yeyilməyən elastik maddə təşkil edir. Tərkibində müxtəlif tamlı və ətirli əlavələr vardır. Bunlara şəkər pudrası, limon turşusu, mentol, portağal və s. göstərə bilərik. Ümumi və xüsusi təyinatlı (validollu, ksilitli, sorbitli, kariesə qarşı profilaktik, nikotinə qarşı və s.) olur. İstifadəsi zamanı saqqız demək olar ki, heç vaxt kiçilməyərək əvvəlki həcmində qalır, lakin tərkibindəki tamı və ətri müəyyən vaxtdan sonra itir və atılır.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidməti vətəndaşlara saqqız alarkən diqqətli olmağı məsləhət bilir. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, hər bir istehlakçı saqqız alarkən onun qutusunu nəzərdən keçirməlidir. Bilin Ardı »

SaglamliqTərləmək qanı təmizləyir

İsti havalarda ən çox narahatlıq yaradan problemlərdən biri olan tərləmənin əslində insan sağlamlığı üçün faydalı olduğu müəyyən olunmuşdur. Tər vəziləri qanı təmizləyir və bədənin hərarətini normal saxlayır.
Tər vəzilərinin işləmə funksiyasının böyrəyin işləmə funksiyası ilə oxşar olduğu və orqanizmdəki bəzi ziyanlı maddələrin tər vəziləri vasitəsi ilə xaric olunduğu bildirilir.
Normal bir insanın orqanizmində bir milyona yaxın tər vəzisi vardır ki, bəzən bu vəzilərin hamısı orqanizmdəki ziyanlı maddələrin xaric olunmasında aktiv olurlar.
Həkimlər tərləmənin sağlamlıq üçün olduqca faydalı bir proses olduğunu və bunun qarşısının alınması yerinə tərləmə zamanı yaranan xoşagəlməz qoxunun qarşısının alınmasına üstünlük verməyin daha faydalı ola biləcəyini bildirirlər.
Tərlədikdən sonra tərin buxarlanması isə orqanizmdə Ardı »

SaglamliqYuxusuzluq beyni 5 il qocaldır

Məlumata görə bəzi tədqiqatlar sübut edib ki, yuxusuzluq problemi olanlarda beyin funksiyaları tez qocalır. ABŞ-da aparılan tədqiqatda isə yaş ortalaması 76 olan 2820 adam iştirak edib.
Araşdırmada, yalnız bir gecə belə yuxusuz qalmanın beyində, başa alınan zərbəyə bənzər dəyişikliklərə gətirib çıxardığı məlum olmuşdur.
Bəzi elm adamlarının fikrincə bu cür xəstəliklərdən əziyyət çəkənlərdə 3 ildə beyin fəaliyyətləri azalmağa başlayır, yaddaş itkisi və konsentrasiya əskikliyi olur.
Bu baxımdan beynin funksiyasının yaxşılaşmasında, yuxu saatı qədər yuxu keyfiyyəti də lazımdır. Yuxuda anabolizm proseslərinin səviyyəsi artır, katabolizm isə enir.
Yuxu pozğunluğunda yuxuya getməmək, yuxusuzluq, səhər erkən saatda oyanmaq və s. hallar olur. Yuxusuzluğun ən çox bilinən növü psixofizioloji yuxusuzluqdur.
Bu Ardı »

SaglamliqQadın infarktı xüsusi əhəmiyyətlidir

1994-2006-cı illər ərzində qospitalizə olunmuş 1,1 mln xəstənin 480 mini qadınlar olmuşdur.Onlardan 42%-i döş qəfəsində əvvəllər heç bir ağrının olmadığını bildirmişlər. Kişilərin cəmi 27 %-i bu şəkildə məlumat vermişlər.Qadınlarən 14,6 %-i ölümə məhkum olmuş,kişilərin isə 10,3%-i həyatlarını itirmişlər.Şikayətsiz infarkt diaqnozunun qoyulması riski yaş ilə əlaqədar azalır.Qadınlarda 55 yaşa qədər bu diaqnoz daha yaşlı kişi və qadınlara nisbətən daha çox təyin olunur.Bütün bunların isə yalnız bir izahı var:Menopauza dönəmi və sonrakı mərhələdə qadın orqanizmində baş verən hormonal dəyişikliklər aterosklerotik proseslərin sürətlənməsilə nəticələnir və orqanizmi infarktın inkişafı və təhlükəsi ilə üz-üzə buraxmış olur. Ardı »

SaglamliqMəşhurların Fitnes Sirlərini Sına

[color=#f82e00]Bu il idmana daha çox zaman ayıracağını özünə söz vermisən. Lakin bu sadə hərəkətlərlə daha yaxşı nəticə əldə edəcəksən.

Qarşılamağa çalış

Hər 10 gün hərəkətləri fərqli ardıcıllıqla et. Bu zaman əzələlərin ani dəyişiklikərə görə daha gərgin olacaq və nəticə də daha effektiv alınacaq.
Ashley Greenin gözəl Qollarına Sahib Ol

O Dörd əlinin üstünə arxalanaraq hərəkətə başla. Sağ dizini qollarının arxasına qoyaraq, yerdən bir az qaldır. O Bir ayağın üstündə planka hərəkətini et. Sağ ayağını omban səviyyəsinə qədər qaldır (dizini əyilmiş saxla) və sol qolunu ayaq barmaqlarına tərəf uzat. Başlanğıc vəziyyətə qayıt. Bu, ilk hərəkətdir, 30 dəfə təkrarla və digər tərəfə keç.
Arxanı J.Lo Kimi Ardı »

SaglamliqƏsnəməyin bu faydalarını bilirdinizmi?

Məlumata görə "Psixologiya və Davranış jurnalı" beyin istiliyi və zehni məhsuldarlıq ilə əlaqədar məqalə işıqlandırıb.
Məqalədə yuxu nizamsızlığı və stressin beyin istiliyinə səbəb olduğu, əsnəməyin isə buna kömək etdiyi bildirilir.
Bildiyimiz kimi, insanlar darıxanda və ya yorulanda, yatmaq istəyəndə, orqanizm gərginlik halından dincəlmə halına keçdikdə əsnəmə halları olur.
Alimlər sübut ediblər ki, çox əsnəyən insanların üz qırışları da az olur. Qavrama qabiliyyəti güclənir, dəri hüceyrələri daha çox oksigen qəbul edir.
Bundan başqa əsnəmək qan təzyiqinin normallaşmasına, əsəb gərginliyinin aradan qalxmasına və yaranan ağrıların azalmasına təsir göstərir.
Həmçinin beyin istiliyini tarazlıqda saxlamaqla hüceyrə mübadiləsinə yardım edir, qanda olan oksigen miqdarını artırır.
Bu baxımdan insanlar, oksigen almaq və bədənində Ardı »

SaglamliqOnkoloji xəstəliklər üçün güclü profilaktika

Günümüzdə istər kitablardan, istərsə də digər məlumat mənbələrindən təzə sıxılmış meyvə şirələrinin insan orqanizminə faydaları haqda çoxsaylı məlumatlarla tanış olmaq olur. Zəifləmiş insan bədəni üçün ideal hesab olunan meyvə şirələri tərkibində olan vitaminlər və mikroelementlərlə orqanizmin inkişafına, bərpasına həmçinin təkmilləşməsinə imkan yaradır. Müalicədən əvvəl xəstələnmə zamanı hansının daha uyğun olmasını da həkimlə məsləhətləşmək pis olmaz.
İmmun sistemini möhkəmləndirən qarışıq şirələrdən yararlanmaq yaxşı nəticə verir. Həmin şirələrə şəkər çuğunduru, yerkökü, nar, limon şirələri daxildir.
Onkoloji xəstəliklər üçün əlavə olaraq profilaktik müalicə hesab olunan bu şirələr lazımi prosedurlara əməl etməklə tez bir zamanda güclü və effektiv təsir göstərər.
Əlavə hesab olunan bu profilaktik Ardı »

SaglamliqBoyun, kürək və bel ağrıları zamanı

Boyun və onurğa sistemini həddən çox yüklənmədən qorumaq üçün uzun müddət eyni vəziyyətdə masa arxasında oturmayın.Tez-tez başınızı geriyə doğru hərəkət etdirin. Bunu gündə təqribən 5-6 dəfə təkrarlayın.

Başınızı divanın kənarına dayayaraq yatmayın. Boynunuzu ortopedik yastıqla dəstəkləyərək yatın.
Çiyninizi və kürəyinizi ağrılardan qorumaq üçün düz dayanmağa çalışın. Əgər oturaq işdə çalışırsınızsa, mütləq bel boşluğunu bel yastığı ilə dəstəkləyin. 2 saatdan bir oturduğunuz yerdən qalxıb, çiyin və kürək hərəkətləri edin. Çiyinləriniz üzərində çox ağırlıq qaldırmayın. Hər gün kürək əzələlərini gücləndirən hərəkətlər edin. 2-3 fərqli hərəkəti 50-60 dəfə təkrarlayın.
Belinizin sağlamlığını qorumaq üçün masa arxasında uzun müddət oturmayın. 2 saatdan bir ara verərək, ayağa Ardı »