Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SaglamliqŞokoladın qara ciyərə xeyri var?

Britaniya alimləri belə qənaətə gəliblər ki, tünd şokolad qara ciyər üçün xeyirlidir.



Şokoladın tərkibindəki flavanoidlər mükəmməl antioksidantdırlar. Bu maddələr qan damarlarının zədələnməsinin qarşısını ala bilir. Həmçinin antioksidantlar qara ciyərdə təzyiqi aşağı salır.


Bu müalicəvi xassələr araşdırma nəticəsində aşkar olunub. Qara ciyər xəstələrinə lazımi qaydada ya ağ yada qara şokoladlı mayə qidalar verilirdi. Xəstələrin muayinəsi gəbuldan öncə və sonra aparılırdı. Aydın olub ki, qara şokolad qara ciyərdəki təzyiqi az qaldırdığı halda, ağ şokolad bunu yetərincə çox eləyirmiş. Həkimlər bunu ağ şokoladdakı flavanoidlərin olmaması ilə izah edirlər.
Ardı »

SaglamliqMasajın böyüklərə və körpələrə faydası

Təbabətdə masaja belə tərif verilir: əl və bəzən xüsusi cihazlar vasitəsilə orqanizmin xarici səthinə edilən məqsədəuyğun mexaniki təsirə masaj deyilir.
Təbabətdə masaj iki cür aparılır. Bunlardan biri yüngül masaj, ikincisi isə güclü masajdır. Yüngül masajın təsirindən beyin qabığında tormozlayıcı proseslər qüvvətləndiyindən əməliyyatdan sonra insanda yatmaq meyli oyanır. Güclü masaj nəticəsində isə dəridə hissi sinirlərin oyanması zəifləyir və bir sıra xəstəliklərdə ağrıların azalmasına və təmamilə yox olmasına səbəb olur. Yerli və reflektor təsirlər nəticəsində masaj qan və limfa dövranını sürətləndirir.
Ümumi masaj orqanizmdə oksidləşmə prosesini gücləndirir, daxili üzvlərin funksional qabilliyyətini artırır.
Masajın faydaları haqda isə kitablardan, jurnallardan və müxtəlif KİV-dən məlumatlara malik olmuşuq.
Onuda Ardı »

SaglamliqMineralların əhəmiyyəti

Orqanizmin qeyri-üzvü maddələrindən olan minerallar, bədənin sağlam olması üçün olduqca lazımdır. Onlar vitaminlərlə birlikdə qida maddələrinin təsirli bir şəkildə istifadəsini təmin edir. Beləcə, mineralların sağlam diş və sümük quruluşuna, ürəyin nizamlı və məhsuldar fəaliyyətinə, əzələ funksiyalarının bərpasına, hüceyrə qorunması və inkişafına, sinir sisteminin yaxşılaşmasına, bədəndəki su tarazlığının qorunması kimi bir çox funksiyalara köməkliyi olur. Bu səbəbdən də, insan bədəni üçün mineral və vitaminlərin əhəmiyyəti böyükdür.
Bədənin sağlam qalması üçün ehtiyac duyulan mineral növləri çoxdur. Həmin minerallara dəmir, kalsium, maqnezium, sink, natrium, fosfor və bir çoxlarını sadalamaq olar.
Bədənin, ehtiyac duyduğu minerallar yetərli miqdarda olmadığından, mineral çatışmazlığı yaranır. Nəticədə bir çox həyati funksiyaların Ardı »

SaglamliqBol tərəvəz və meyvə ömrü uzadır

Sağlamlıq əvəzolunmaz sərvətlərdən biridir. Gümrah və sağlam olmaq üçün təkcə vitamin kompleksi yetərli deyil.
Uzunömürlülüyə təsir edən qidalar arasında meyvə və tərəvəzlər də faydalıdır.
Avstraliyalı alimlər qəbul edilən qidaların tərkibinin B6 vitamini ilə zəngin olmasının sağlamlığa güclü təsir etdiklərini bildiriblər.
Bu vitamin tərəvəzlərdən əlavə banan, qoz, ət və sarımsaqda boldur.

İnsan orqanizminə və uzunömürlülüyə tərəvəzlərdən gülkələmi, turp, bibər, kök, meyvələrdən alma, gilas, üzüm və s. qidalar təsir edir.
İngilis elm adamları, Milli Sağlamlıq Anketinin məlumatlarına əsasən bildirib ki, anketdə iştirak edən 65 min 226 adam meyvə-tərəvəz artırdıqlarına görə özlərini daha sağlam hiss etdiklərini bildirib. Edilən tədqiqatda gündə 7 dəfə və ya daha çox meyvə-tərəvəz istifadə Ardı »

SaglamliqƏlləriniz keyiyirsə həkimə müraciət edin

Əl keyləşməsi əksər hallarda kompyuterdən istifadə edənlərdə daha çox müşahidə edilir. Xəstəliyin simptomları gecə saatlarında, xüsusilə də, yuxu əsnasında baş qaldırır və xəstəlik inkişaf etdikcə gündüzlər də özünü göstərir.
Keyləşmə əvvəlcə bilək ağrısı ilə başlayır və kiçik əşyaları tutmaqda, ən adi işləri görməkdə çətinlik çəkməklə davam edir. Əl keyləşməsinin bir əlaməti də bəzən isti və soyuğu ayırmaqda çətinlik çəkməkdir.
Bu xəstəlik həmçinin biləkdə burxulmalar, şəkər xəstəliyi, hipofiz vəzisinin həddindən artıq gücə düşməsi, bilək oynaqlarındakı mexaniki problemlər və s. dən də irəli gələ bilər. Hər xəstəliyin müalicəsinə vaxtında başlamaq lazım olduğu kimi, bu xəstəliyin də müalicəsinə vaxtında başlamaq lazımdır. Ardı »

SaglamliqArıqlamağın ən asan yolu!

Bitib-tükənməyən dietalardan, idman zallarında əziyyətdən bezmisiniz?
Rusiya mətbuatının verdiyi məlumata görə, alimlərin araşdırması seksin bütün bunları əvəz etdiyini bir daha sübuta yetirib. Məlum olub ki, yataqdakı fəallıq dərəcəsindən asılı olaraq, yarım saatlıq seks zamanı orta hesabla 150-200 kalori atmaq mümkündür. 1 saatlıq ehtiraslı öpüş isə ən azı 200 kalori atmağa kömək edir.

Seks zamanı ürək döyüntüsü dəqiqədə 120 dəfəyədək artır (təxminən trenajorda məşq edən zaman olduğu kimi), nəfəsalma təxminən 2 dəfə çoxalır, bədənin hərarəti yüksəlir. Bütün bunlar idman zalında intensiv məşqlərə bərabərdir. Bu iki vasitədən hansının daha həzzverici olduğunu isə deməyə ehtiyac yoxdur... Ardı »

SaglamliqTürkəçarə

Qara ciyər xəstəliyi
Şəkərlə pörtləşmiş soğan yеyirlər (1 kq baş soğanı 2 stəkan şəkərlə əzirlər və fırında sarı suyu çıxana qədər saxlayırlar. Gündə 3 dəfə 1 xörək qaşığı bir nеçə ay ərzində qəbul еdirlər.

Qara ciyərdə daş
Yazda yığılmış quru tozağacı yarpaqlarından 2 xörək qaşığının üzərinə 1 stəkan qaynar su tökərək, mayеnin yarısı buxarlanana qədər zəif od üzərində qoyurlar, soyudurlar və süzürlər. 1 dеsеrt qaşığı ilə gündə 3 dəfə yеməyə 1 saat qalmış qəbul еdirlər. Müalicə kursu 3 aydır. Bеlə bir nüsxəni də istifadə еtmək olar: 1 xörək qaşığı tozağacı üzərinə 1 stəkan qaynar su tökmək, 20 dəqiqə qaynatmaq dəmdə 1 saat saxlamaq və Ardı »

Saglamliq4 təbii antidepresant

Tədqiqatlara görə bəzi qidalar insanın psixoloji yaşamına təsir göstərir. Xüsusi ilə tərkibi omega-3, fol turşusu, kompleks korbohidratlar və zülalla zəngin olan qidalar yaxşıdır. Mütəxəssislərin fikrincə əhvalı yaxşılaşdırmaq üçün bəzi dərman möhkəmlətmələrindən xeyirlisi bu dörd antidepresantdır.
Omega 3
Sardina, ton balığı, uskumru, somon kimi balıqlarda bol miqdarda Omega-3 olduğu deyilir. Beyin və ürək sağlamlığı üçün olduqca əhəmiyyətli olan Omega-3 yağ turşuları eyni zamanda depressiyanı önləməyə kömək edir. Əgər balıq yeməkdən xoşlanmırsınızsa tərkibində Omega-3 olan kətan toxumu, qoz ləpəsi, ispanaq, soya paxlası, qurudulmuş nanə və qərənfil istifadə edə bilərsiniz.
Fol turşusu
Yaşıl yarpaqlı tərəvəzlərdə, mərciməkdə, sitrus meyvələrində, quşqonmaz bitkisində, brokolidə, taxıllı qidalarda, günəbaxanda, pomidor suyunda və yumurtada Ardı »