Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SaglamliqSağlamlığa doğru bir addım

1) Pomidor şirəsi orqanizm üçün əvəzedilməz olan likopenlə zəngin olduğu üçün infarktın, hətta xərçəngin bəzi növlərinin qarşısını alır.
2) Buğdanın hətta çox kiçik hissəsi belə, B3 vitamini, yağ, zülal və karbohidratlarla zəngindir ki, bu da sağlam dəriyə sahib olmağa kömək edir. Bundan başqa, bu faydalı taxıl növündə olan B1 vitamini mərkəzi sinir sistemi və beyin üçün faydalıdır.
3) Maqnezium, dəmir, kalsium və liflə zəngin olan badam bəzi xərçəng xəstəliyinin inkişafına mane olur və qanazlığını aradan qaldırır. Badamın tərkibində həm də orqanizmin enerji tələbatını ödəyən riboflavin maddəsi var. 23 ədəd badam ləpəsi E vitamini ehtiyacının yarısını qarşılamaqla yanaşı, zülal qaynağı kimi ürəyin yaxın “dostu” Ardı »

SaglamliqKofe xərçəng riskini azaldır

Gündə 5 fincan kofedən istifadə etmək 50 yaşdan sonra süd vəzi xərçəngi riskini azaldır. İsveçin Karolin İnstitutunun alimlərinin yeni araşdırması bu qənaətə gəlməyə əsas verib. Araşdırmada yarısı süd vəzi xərçəngindən əziyyət çəkən 5 mindən artıq qadın iştirak edib.

"The Telegraph"-ın verdiyi xəbərə görə, onların sağlamlıqlarına nəzarət edən ekspertlər kofedən istifadənin pisxassəli şişin yaranması riskini 20 faiz azaltdığını müşahidə ediblər.

Tədqiqatçılar kofenin bu səmərəsinin tərkibində bol olan antioksidantlarla əlaqəli ola biləcəyini ehtimal edirlər. Ardı »

SaglamliqUşaqlıq boynunun xəstəlikləri

[color=#173bd3][b]Erroziya və xərçəng

Müasir dövrdə qadınları ən çox narahat edən xəstəliklərdən biri də uşaqlıq boynunda yaranan xəstəliklərdir. Bu xəstəliklərin bir qismi asan müalicə olunsa da, digər qismi müalicəsi uzun vaxt aparan stressə səbəb olan bədxassəli xəstəliklərdəndir. Buna görə də bu xəstəliyi yaxından tanımaq və vaxtında müdaxilə edib böyük fəsadların yaranmasının qarşısını almaq lazımdır. Bu məsələdə də ən yaxşı öyrənmək üsulu mütəxəssis həkimdən məsləhətlər almaqdır. Müsahibəmiz də məhz bu barədədir.

Həkim, zəhmət olmasa, uşaqlıq boynu haqqında ümumi məlumat verərdiniz?

Uşaqlıq boynu uşaqlığın uşaqlıq yoluna baxan aşağı hissəsidir. Bu orqanın xüsusiyyəti ondan ibarətdir ki, uşaqlığın daxili təbəqəsinin xarici təbəqəyə keçən yeri özünə-məxsus quruluşdadır. Keçid zonası adlanan Ardı »

SaglamliqFiziki fəaliyyətin sağlamlığa təsiri

Bəzi məlumatlara əsasən insan yaşlandıqca əzələ və piy toxmasının nisbəti patoloji olaraq piy toxumasının artmasına yönəlir.
Əzələlər təbiətin unikal təzahürüdür: onlara ehtiyac olmadıqda onlar atrofiyalaşa bilir. Lakin ən maraqlısı odur ki, onlar fiziki yük və qida alan kimi bərpa olmaq qabiliyyətinə malikdirlər.

Amerikalı mütəxəssis və tədqiqatçı Joe Dewalt-ın sözlərinə görə nizamlı məşq, infarkt keçirmə riskini azaltmağa kömək edir.

Elmi məlumatlar da fiziki fəaliyyətin aşağıdakı xəstəliklərə təsirli olduğunu göstərib:

- Koronar arteriya və damar xəstəliyinə;
- Yüksək təzyiq və qandakı xolesterol səviyyəsinə;
- Ürək və ağciyərlərin inkişafına
- Qüvvət və elastikliyə, oynaqların inkişafına;
- Sümük toxumasının güclənməsinə;
- Xəstəliklərə qarşı bədənin müdafiə mexanizmini (immun sistem) güclənməsinə;
- Bədən ağırlığını tənzimləməyə və nəzarət Ardı »

Saglamliqünəş eynəkləri alarkən nələrə diqqət etməli

Günəş gözlüyünün şüşələrinin rəngi də əhəmiyyətli amillərdən biridir. Şüşələrin ən yaxşısı duman rəngi və qəhvəyi rəngi hesab olunur. Sürücülərin tünd rəngli eynəklərdən istifadə etməsi məsləhət deyil. Çünki bu cür eynəklər işıqforun rənglərini seçməkdə çətinliklər törədə bilər.
İsti yay günlərində gözlərimizi günəş şüalarından qorumaq üçün gözlüklərdən istifadə etməyə başlayırıq. Amma bu, heç də o demək deyil ki, qarşımıza keçən ilk eynəyi gözümüzə taxmalıyıq. Günəş gözlüyünün seçilməsində bir çox amilləri diqqət mərkəzində tutmaq lazımdır. Təbii ki, gözlükdəki şüşələrin təbii materialdan olması əsas faktorlardan biridir. Ucuz, sintetik materiallardan hazırlanan gözlük şüşələri həm sizi əsəbiləşdirə, həm də gözlərinizə ziyan verə bilər.
Gözlükdəki şüşələrin ultramavi şüaları əks Ardı »

SaglamliqVitaminlərin həddən artıq qəbul edilməsinin insana ziyanı var

İnsanın xəstə və ya sağlam olmasına baxmayaraq, vitamindən istifadə həkim məsləhəti ilə qəbul edilməlidir. Həkim məsləhitnə qulaq asmadan qəbul edilən vitaminlər, sağlamlığa ciddi ziyan vura bilər. Həddindən artıq qəbul olunan vitaminlər, bəzi hallarda insan ölümünə belə səbəb ola bilir.

Qeyd edək ki, vitamin və minerallar sağlam həyatın imtina edilməz bir parçasıdır. Bədənin daima gumrah qalması üçün, bu maddələrə az miqdarlarda da olsa ehtiyac var. Ancaq vitaminlər həddindən artıq dozada istifadə edildikdə, baş ağrısı, ürək bulanma, qusma, hətta insan ölümünə belə gətirib çıxara bilər.

Alimlər vitamin ehtiyacını aradan qaldırmağın ən doğru yolunun düzgün qidalanmaq olduğunu düşünür. Vitaminlərin çoxu bitki və heyvan mənşəli qidalarda olur. Ardı »

SaglamliqMaddələr mübadiləsini necə sürətləndirmək olar?

Hər orqanizm, böyümə, inkişaf, istilik, hərəkət kimi həyati fəaliyyətləri davam etdirə bilmək üçün xarici ətrafdan bəzi maddələr və enerji almaq məcburiyyətindədir. Assimilyasiya və yaşamın davam etdirilməsi prosesində reallaşan bütün kimyəvi reaksiyalar məhz maddələr mübadiləsi ilə əlaqədardır.
Maddələr mübadiləsini sürətləndirmək üçün idmanla məşğul olmaq, bol miqdarda maye qəbul etmək və su içmək, düzgün qidalanmaq vacibdir. Yüksək sıxlıqlı məşqlər aşağı və ya orta sıxlıqlı məşqlərə görə daha sürətli və keyfiyyətli maddələr mübadiləsi təmin edir. Bu baxımdan idman proqramını artırmaq və qaçışla daha çox məşğul olmaq məsləhətdir. Maddələr mübadiləsini sürətləndirmək daha çox artıq çəkisi olanlar üçün idealdır.
Bədəndə olan kalorilərin işləməsi üçün su olduqca vacibdir. Ardı »

SaglamliqQəhvənin təsirləri

[color=#173bd3]Çox qəhvə içənlərin gözünə qarabasma görünə, ya da ki, qulaqlarına səs gələ bilər. Gün ərzində 7 fincandan çox qəhvə içənlər hallyusinasiyadan əziyyət çəkə bilərlər. Durham Universiteti 200 tələbəni dindirərək onların qəhvəiçmə adətlərini sual edib. Amma alimlər deyirlər ki, son tapıntı birbaşa bağlılığın olduğunu sübut etmir.

Onlar iddia edirlər ki, hallyusinasiya zehni xəstəliyin əlaməti sayılmır və 3% adam mütəmadi olaraq səslər eşitdiyini bildirib.

Psixologiya üzrə elmi əsər üzərində işləyən Simon Jones deyir ki, bu, hallyusinasiya ilə bağlı faktorların araşdırılması istiqamətində ilk işdir.

Stresslə üz-üzə

O bildirir ki, əvvəl önə sürülən uşaqlıq travması kimi faktorlar da hallyusinasiya ilə bağlı ola bilər. Stresli olanda orqanizm bədənə kortisol adlanan Ardı »