Şairlər və Yazıçılar → İltifat Saleh
Salayev İltifat Saleh oğlu - şair, 1988-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü.
Həyatı
İltifat Saleh 1935-ci il iyunun 10-da Azərbaycanın Lənkəran rayonunun Boladi kəndində kolxozçu ailəsində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirmişdir (1954). ADPİ-nin tarix-fılologiya fakültəsində təhsil almışdır (1956-1961).
Əmək fəaliyyətinə Lənkəran rayonunda, Port-İliç şəhər orta məktəbində müəllim kimi başlamışdır (1961-1971). Eyni zamanda Mərkəzi Dövlət arxivinin Lənkəran filialının əməkdaşı olmuşdur (1968-71). Lənkəran rayon zəhmətkeş deputatları sovetinin sədr müavini (1971-1975), Port-İliç şəhər zəhmətkeş deputatları sovetinin sədri (1975-1977), tarix və mədəniyyət abidələrini Könüllü Mühafızə Cəmiyyəti Lənkəran şöbəsinin təlimatçısı (1977-1978), Lənkəran rayon radio verilişlərinin redaktoru (1978), məsul redaktoru (1978-1987) vəzifələrində çalışmışdır.
Hazırda Port-İliç şəhər orta məktəbində tədris Ardı »