Şairlər və Yazıçılar → Aslan Kəmərli
Mustafazadə Aslan Müstafa oğlu (Aslan Kəmərli) — şair, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1975).
[redaktə]
Həyatı
Aslan Kəmərli 1942-ci il noyabrın 19-da Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirmiş (1949-1959), sonra kolxozda çalışmışdır (1959-1960). Bakı rabitə texnikumunda təhsilini davam etdirmişdir (1960-1963). Ordu sıralarında xidmət etmişdir (1963-1966). Əmək fəaliyyətinə "Neft daşları" qəzeti redaksiyasında ədəbi işçi kimi başlamış, sonra redaktor işləmişdir (1968-1971), "Azərbaycan gəncləri" qəzeti redaksiyasının xüsusi müxbiri olmuşdur (1971-1977). M.Qorki adına Moskva Ədəbiyyat İnstitutunun poeziya fakültəsini bitirmişdir (1971-1976). "Pioner" jurnalı redaksiyasında məsul katib (1977-1991), "Azərbaycan" qəzetində müxbir, sonra Gəncə-Qazax zonası üzrə xüsusi müxbir olmuşdur (1992-ci ildən). "Qazax" Ardı »