Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şairlər və YazıçılarEldar Baxış

Ağayev Eldar Baxış oğlu (Eldar Baxış) — şair, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Həyatı

Eldar Baxış 1947-ci il iyunun 22-də Azərbaycanın Qubadlı rayonunun Diləli Müskanlı kəndində kəndli ailəsində doğulmuşdur. Burada ibtidai məktəbi, Qubadlıda isə onbirillik məktəbi bitirib ADU-nun tarix fakültəsində təhsil almışdır (1965-1969).

Bakı kəndlərində müəllimlik etmiş, öz ərizəsi ilə bir il əsgəri xidmətdə olmuşdur. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri şirkətində kiçik redaktor, redaktor (1972-1988), televiziyanın ədəbi-dram verilişləri baş redaksiyasının televiziya tamaşaları şöbəsinin böyük redaktoru (1988-1990) vəzifələrində çalışmışdır. "Səs" və "Nəfəs" qəzetlərini yaratmış, "Səs" qəzetinin baş redaktoru olmuşdur (1990-1992). Yenidən Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətində Gənclik yaradıcılıq birliyinin ictimai-siyasi şöbəsinin müdiri Ardı »

Şairlər və YazıçılarBəkir Nəbiyev

Nəbiyev Bəkir Əhməd oğlu — Azərbaycan ədəbiyyatşünası, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (1989), filologiya elmləri doktoru (1970), professor (1982), Azərbaycanın Əməkdar elm xadimi (1990).

Həyatı

Bəkir Nəbiyev 21 avqust 1930-cu ildə Ağdaş rayonu Üçqovaq kəndində ziyalı ailəsində doğulmuşdur. Ağdaşda 1 saylı orta məktəbi bitirmişdir (1947).

Əmək fəaliyyətinə müharibə illərində başlamışdır. Ağdaş radio şəbəkəsinin diktoru işləmişdir (1945-1947). Sonra Ağdaş şəhərində və Yeniarx kəndində müəllimlik etmişdir (1947-1949). ADU-nun filologiya fakültəsində təhsil almışdır (1949-1954). Eyni zamanda Bayıldakı 55 saylı orta məktəbdə ədəbiyyat müəllimi olmuşdur. Tələbəlik illərində ilk tənqidi qeydləri "Lenin tərbiyəsi uğrunda" qəzetində dərc olunmuşdur.

Ədəbi fəaliyyətə "Ədəbiyyat qəzeti"nin 4 noyabr 1951-ci il tarixli sayında çap edilən Ardı »

Şairlər və Yazıçılarİsmayıl Qarayev

[color=#f82e00]Qarayev İsmayıl Abuzər oğlu — Azərbaycan yazıçısı, şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1973).
[redaktə]
Həyatı

İsmayıl Qarayev 1927-ci il dekabr ayının 5-də Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində anadan olmuşdur. Tap Qaraqoyunlu natamam orta məktəbində təhsilini başa vurduqdan sonra (1941) həmin kənddəki "Meydanalı" kolxozunda kolxozçu işləmişdir (1941-1946). Gəncə Tibb Texnikumunu (1949), ADU-nun (indiki BDU) filologiya fakültəsini bitirmişdir. Samux rayonu Alpout kənd feldşer məntəqəsində feldşer və müdir (1949-1951), Qasım İsmayılov (indiki Goranboy) rayon SES-də qrup müdiri (1951-1952) və epidemioloq köməkçisi (1952-1954), Yevlax rayon Malbinəsi kənd geldşer məntəqəsində müdir, Səmədabad kəndində, "28 aprel" sovxozunda, Yevlax şəhər xəstəxanasının poliklinikasında feldşer (1954-1957), Xəzər Səhiyyə Şöbəsində və Zığ xəstəxanasında Ardı »

Şairlər və YazıçılarÇingiz Abdullayev

Abdullayev Çingiz Akif oğlu – nasir, publisist, 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, hüquq elmləri doktoru (1991).

Həyatı

Çingiz Abdullayev 1959-cu il aprelin 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.[1] Atası Abdullayev Akif Abdulla oğlu Böyük Vətən müharibəsinin iştirakçısı olmuş, Naxçıvan Muxtar Respublikasında prokuror, Bakı şəhərində prokuror müavini, Azərbaycan Vəkillər Rəyasət Heyətinin sədri vəzifələrində çalışmışdır. Ç.Abdullayev Bakıda 189 saylı şəhər məktəbini bitirmişdir (1976). Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsilini davam etdirmişdir (1976-1981). Əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi və şöbə rəisi kimi başlamışdır (1981). Afrika, Asiya və Avropa ölkələrində ezamiyyətdə olmuşdur (1984-1986). Sonra Bakı şəhəri Əzizbəyov rayonu icraiyyə komitəsində Ardı »

Şairlər və YazıçılarNazim Axundov

[color=#fe8c8c]Axundov Nazim Fərrux oğlu (1924 - 1994) — ədəbiyyatşünas, professor.
[redaktə]
Həyatı

Nazim Fərrux oğlu Axundov 1924-cü il iyun ayının 20-də Şuşa şəhərində müəllim və həkim ailəsində anadan olmuşdur. O, ibtidai təhsilini Tərtər rayonunun Qazax kəndində almışdır.

1937-ci ildə Bakı Pedaqoji Məktəbinə daxil olan N. Axundov 1940-cı ildə oranı bitirir. N. Axundov 1940–1944-cü illərdə kənd məktəblərində müəllimlik etməklə yanaşı Azərbaycan Dövlət Pedaqoji institutunun qiyabi şöbəsində təhsilini davam etdirir. 1945-ci ildə isə həmin institutun aspiranturasına daxil olur. 1948-ci ilin oktyabrında Azərbaycan Dövlət Universitetinin elmi şurasında N. Axundov "Molla Nəsrəddin" jurnalının nəşri tarixinə aid tədqiqlər" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmlər namizədi adını alır.

N. Axundov 1948–1950-ci illərdə Ardı »

Şairlər və YazıçılarZeynal Xəlil

Həyatı

Xəlilov Zeynal Rza oğlu – (23.3.1914, Yelizavetpol, İndiki Gəncə – 11.8.1973, Bakı) – Azərbaycan şairi, dramaturq. Azərbaycan əməkdar incəsənət xadimi (1964).

"İstək" adlı ilk şe‘rlər kitabı 1936-ci ildə nəşr olunmuşdur. Böyük Vətən müharibəsi illərində döyüşçülərin qəhrəmanlığını tərənnüm edən əsərlər: "Yəhərləyin atları", "416", "Döyüşçünün vəsiyyəti" və s. şe‘rlər; Zoya Kosmodemyanskayaya həsr olunmuş "Tatyana" poeması , (1942) yazmışdır.

"Düşüncələr" (1943), "E‘tibar" (1947), "Arzular" (1949), "İki dünya" (1952), "Bənövşə" (1956), "Şe‘rlər" (1963), "Sevdiyim rəng" (1970), "Günəş, dəniz və insan" (1973) və s. şe‘r kitablarının, "Ulduzlar" (1961) mənzum romanın müəllifidir. "İntiqam" (1941), "Qatır Məmməd" (1945), "Gənc ustalar" (1954), "Ata yolu" (1966) pyesləri var. "Qatır Məmməd"in motivləri əsasında Ardı »

Şairlər və YazıçılarRafiq Savalan

Ağayev Rafiq İmanqulu oğlu (d.1 dekabr 1940) — nasir, publisist, tərcüməçi, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1976), Jurnalistlər Birliyinin "Qızıl qələm" mükafatı laureatı (1971)Mündəricat [gizlə]
1 Həyatı
2 Əsərləri
3 Tərcümələri
4 Filmoqrafiya
5 Həmçinin bax

[redaktə]
Həyatı

Ağayev Rafiq İmanqulu oğlu 1940-cı il dekabrın 1-də Bakı şəhərində fəhlə ailəsində anadan olmuşdur. İbtidai təhsilini Bakıda, orta təhsilini Neftçalada almışdır. Eyni zamanda neft mədənlər idarəsinin elektrik quraşdırma sexində fəhlə işləmişdir (1956-1958). ADU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir (1958-1964). Əmək fəaliyyətinə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində Azərbaycan radiosu təbliğat və xəbərlər baş redaksiyasında müxbir kimi başlamışdır (1964-1966). Orada kiçik redaktor, böyük redaktor, siyasi Ardı »

Şairlər və YazıçılarKamran Rəhimov

Kamran Rəhimov - Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor.
[redaktə]
Həyatı

Rəhimov Kamran Nəbi oğlu 1928-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Qarabağlar kəndində dünyaya göz açıb. Qeyri-adi qabiliyyəti, elmə, biliyə marağı sayəsində Naxçıvan ikiillik Müəllimlər İnstitutunun tarix, dil-ədəbiyyat fakültəsinə qəbul edilib. 1945-ci ildə institutu fərqlənmə diplomu ilə bitirib, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsinə daxil olub. Ali təhsilini başa vurduqdan sonra universitetin yeni tarix kafedrasında baş müəllim kimi saxlanılıb. 1954-cü ildə Kamran Rəhimov Partiya Tarixi İnstitutunun aspiranturasına qəbul olunub, Azərbaycan KP MK-nın nəzəri-siyasi jurnalı olan "Azərbaycan kommunisti"nə şöbə müdiri vəzifəsinə göndərilib. 1959-1962-ci illərdə baş redaktorun müavini, 1962-ci ildən 1975-ci ilə qədər Ardı »