Şairlər və Yazıçılar → Nazim Axundov
[color=#fe8c8c]Axundov Nazim Fərrux oğlu (1924 - 1994) — ədəbiyyatşünas, professor.
[redaktə]
Həyatı
Nazim Fərrux oğlu Axundov 1924-cü il iyun ayının 20-də Şuşa şəhərində müəllim və həkim ailəsində anadan olmuşdur. O, ibtidai təhsilini Tərtər rayonunun Qazax kəndində almışdır.
1937-ci ildə Bakı Pedaqoji Məktəbinə daxil olan N. Axundov 1940-cı ildə oranı bitirir. N. Axundov 1940–1944-cü illərdə kənd məktəblərində müəllimlik etməklə yanaşı Azərbaycan Dövlət Pedaqoji institutunun qiyabi şöbəsində təhsilini davam etdirir. 1945-ci ildə isə həmin institutun aspiranturasına daxil olur. 1948-ci ilin oktyabrında Azərbaycan Dövlət Universitetinin elmi şurasında N. Axundov "Molla Nəsrəddin" jurnalının nəşri tarixinə aid tədqiqlər" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmlər namizədi adını alır.
N. Axundov 1948–1950-ci illərdə Ardı »