Şairlər və Yazıçılar → Xeyrəddin Qoca
Xeyrəddin Sayəddin oğlu Qoca - nasir, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Həyatı
Xeyrəddin Qoca 29 yanvar 1950-ci ildə Ağdaş rayonunun Qulbəndə kəndində müəllim ailəsində anadan olmuşdur.
1967-ci ildə rayonun Qəsil kənd orta məktəbini bitirdikdən sonra N.Tusi adına Pedaqoji Universitetə qəbul olunmuş,1971-ci ildə ali məktəbi bitirmişdir.
1975-1977-ci illərdə Jurnalist Sənətkarlığı İnstitutunda təhsil almışdır.
Ordu sıralarında xidməti borcunu yerinə yetirdikdən sonra (1971) uzun müddət qəzet-jurnal redaksiyalarında,Dövlət Televiziya və Radio Verilişləri Şirkətində müxtəlif vəzifələrdə işləmişdir."Politexnik" qəzetində müxbir (2.03.1974-03.1977), Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ştatdankənar müxbir (30.03.1977-08.1978, 26.07.1982-2.10.1985), Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Sosialist qanunçuluğu" jurnalında böyük redaktor (9.08.1978-6.07.1982), "Dan ulduzu" qəzetində baş redaktor (25.03.1987-29.03.1991), "Mədəniyyət" qəzetində baş müxbir (29.03.1991-08.1991), Ardı »