Sevgi varmı? → ★★Barit Qoxulu Odun-hekaye
Bu il Yeni Zenlandiyada yaşayan oğlu uzun ayrılıqdan sonra kəndə gəlmişdi. Ər- arvad nə qədər əlləşdilərsə, evlənməyə boyun qoymadı. Oğlu: “Saxlayaq gələn səfərə, dədə. Nə işləriniz var, görün, pula qızırğanmayın”, – dedi. İlk əvvəl də odundan başlamışdılar. Qonşu dağ rayonundan iki ”Ural” maşını doğranmış odun sifariş vermişdilər. Sonra da tövlənin tinindən yeni təndirxana tikmişdilər. Bir müddət yayın qızmar istisinin altında qalan odun parçalarını ora daşıyıb səliqə-sahmanla yığdırmışdılar.
Arvadın gözlərinin yaşı dayanmırdı, “bir də ölümümə gələcəksən, amma evlənsəydin, heç olmasa iki ildə bir dəfə gələrdin, bala”, – deyirdi. Ancaq nə xeyiri, bütün cəhdlər boşa çıxdı, oğlu bir ayın tamamında görüşüb- öpüşüb yerinə-yurduna Ardı »